09-08-2018 [10:18]
"Son zamanlar Ermənistanda baş verən hadisələrlə bağlı ictimaiyyətimizdə geniş maraq yaşanır. Orada baş verən proseslər maraqla, hətta deyərdim nigarançılıq və həyacanla izlənir”.
Mia.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov Ermənistanın hakimiyyət daxilində baş verən hadisələrə münasibət bildirərkən deyib.
O bildirib ki, Ermənistanın sabiq prezidenti Robert Koçaryanın həbsi heç də Qarabağ münaqişəsinə müsbət təsir etməyəcək.
"Maraq və nigarançılığı başa düşmək olar. 30 ilə yaxındır məhz ermənilərin bizə, yəni, öz qonşularına qarşı etdiyi xəyanət, aqressiya nəticəsində xalqımızın başına olmazın bəlalar gəldi. Dövlətimizə dəymiş maddi, mənəvi, insani zərərlərin miqyası dəhşətli bir dərəcədədir. İndi həmvətənlərimizin oradakı prosesləri diqqətlə izləməsinin kökündə, məhz bu proseslərin Qarabağ məsələsində hansı müsbət dəyişiklərə səbəb olacağı durur. Amma inanın ki, "Qarabağ məsələsinin müsbət həllinə bu dəyişiklərin heç bir təsiri olmayacaq” desək yanılmarıq. Ermənistan torpaqlarımızı ölkəmizdə siyasi böhran yaranmasından istifadə edərək, Bakıda hakimiyyət üstündə çəkişmələr baş verdiyi zamanlarda zəbt edib. Ermənilər daima böyük güclərin bölgədəki maraqlarından istifadə edərək öz xain maraqlarını həmin mərkəzlərin maraq dairəsinə uyğunlaşdırıb. Və bizə qarşı təxribatlartörədiblər. Amma bu əbədi davam edə bilməz, onlar bir şeyi dərk etməlidirlər ki, Azərbaycan xalqı heç bir yana gedən deyil, burada qonşuluqdadır. Xalqımız heç bir zaman Dağlıq Qarabağın və digər rayonların işğalı ilə barışmayacaq. Əgər öz normal gələcəklərini təmin etmək istəyirlərsə dərhal işğal etdikləri əraziləri qaytarmalı, soydaşlarımızın öz evlərinə qayıtmalarına maneçilik etməməlidirlər”.
Ayaz Mütəllibovun sözlərinə görə, Qarabağın azad edilməsi milli birliyimizdən daha çox asılıdır.
"Ermənistanda hakimiyyətdə peyda olmuş yeni simalar köhnə klanla öz haqq- hesablarını aparırlar və yeni hakimiyyət öz fəaliyyətlərini planlı şəkildə həyata keçirir. Bunun Qarabağ məsələsində nəsə bir dönüş yaradacağını fikirləşmək erməni siyasətçilərini tanıyanlar üçün sadəlövhlük hesab olunar.
Biz bu kimi siyasi proseslərə aludə olmamalıyıq. İşğal altında olan torpaqlarımızın azad olunması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi Ermənistanda gedən siyasi proseslərdən yox, bizim bir xalq olaraq iradəmizdən, milli birliyə nail olub bir məqsəddən çıxış etməyimizdən asılıdır. Bütün dünya bilməlidir ki, Azərbaycan xalqı torpaqlarımızın işğalı ilə heç vaxt barışmayacaq, bir qarış torpağını heç kimə güzəşt qetməyəcək. Qarabağsız Azərbaycanın gələcəyini təsəvvür etmək belə mümkün deyil.
Bir daha qeyd edirəm ermənilər normal insan kimi yaşamaq istəyirlərsə və öz həyatlarının təhlükəsizliyini təmin etmək istəyirlərsə, dərhal Azərbaycana qarşı bütün iddialarından əl çəkməlidirlər, əks halda, heç bir qüvvə onları sığorta edə bilməyəcək”.
Əli Əsədov Kahramanmaraşda: Baş nazir “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış olub
Bakıda restoranda zəhərlənmə: iki nəfər ölüb, ağır vəziyyətdə olanlar var (YENİLƏNİB)
"Fənərbağça"nın kapitanı: "Artıq çempionluq mümkün deyil"
Çempionlar Liqası: PSJ yoxsa "Dortmund"? - Bu gecə "döyüş" olacaq
Ərdoğan Küveyt əmirini hava limanında qarşılayıb - FOTOLAR
Nəsimi rayonunda tədbir keçirilib - FOTOLAR
Sabah leysan yağacaq - Xəbərdarlıq
Bu qanunu pozanlar cərimələnəcək - 12 min manatadək
MHP sədri: "Əllərində ülkücü qanı olanların feriştahı gəlsə, bizdə yapraq belə qımıldamaz"
Dövlət Baxçalı ilə Özgür Özəl görüşüb - FOTOLAR
İsrail əsgərləri daha 22 nəfəri həbs edib
Türkiyə ordusu daha 4 terrorçunu zərərsizləşdirib - Suriyada
Saatlının yeni DYP rəisi kimdir? - Təyinat
Ədliyyə işçiləri ilə bağlı yeni qərar verildi
Növbədənkənar seçki: proporsional sistem, referendum, deputat sayı... - YAP-çı deputatdan maraqlı MÜSAHİBƏ
Əfv Məsələləri Komissiyası bu tarixdə toplanır
Aleks de Souza Türkiyəyə dönür - Bu dəfə baş məşqçi kimi
PUTİN ƏMR VERDİ: Rusiya nüvə qoşunlarını ayağa qaldırıb - Qərbin mümkün hücumuna hazırlıq başlayıb
"Yelo Bank" keçmiş vəzifəli şəxsləri məhkəməyə üz tutub
DEPUTATLAR TOPLANIB: hansı qanunlar dəyişir? - SİYAHI
Tərtərdə məktəblilər arasında dava: ölən var
Əfqanıstanda güclü sel: 15 nəfər ölüb, yüzlərlə ev su altında qalıb
İsrail ordusu Rəfahda sərhəd qapısını ələ keçirib - Ordu açıqladı
Rektor özünə daha bir xidməti maşıən alır - 110 min manata
Azərbaycan və Slovakiya arasında yeni sənədlər imzalanıb
Ağsuda əməliyyat: saxlanılan var
"Göbək rəqsi" ilə qısa müddətə bir milyon dollar qazandı - FOTOLAR
Daha bir jurnalist həlak olub
CHP liderindən daha bir sürpriz qərar - Bu gün Baxçalı ilə görüşəcək
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Xorvat məşqçi daha bir komandadan qovulub
"Fənərbaxça" Konyada vacib xal itiirb
Vaqif Səmədoğlunun 85 illik yubileyinə həsr edilmiş poeziya müsabiqəsinin ilkin seçimi olub - SİYAHI
HƏMAS-la İsrail atəşkəsə razılaşıb? - İsrail təsdiqləmir, şərtlər də gizli saxlanılır
Paşinyan Moskvaya gedir - Putinlə ikitərəfli görüş olacaq
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - Xəbərdarlıq
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb