Bakı qəbristanlığında qətl törədildi

img

27-10-2011 [11:21]


Oktyabrın 26-da Bakıda qətl hadisəsi törədilib. Suraxanı rayon Polis İdarəsindən verilən məlumata görə, Əmircan qəsəbəsinin qəbiristanlığında 26 yaşlı Mahmudov Ramiz Muxtar oğlu tanışı 36 yaşlı Zamanov Əfqan Əlizamin oğlunu öldürüb. Məlumata görə, mübahisə zəminində baş vermiş hadisə zamanı 26 yaşlı R.Mahmudov Əfqanın ürək nahiyəsinə bir neçə öldürücü zərbə endirib. Ə.Zamanov hadisə yerindəcə ölüb. Lent.az-ın əldə etdiyi digər məlumata görə, tərəflər arasında mübahisə qız üstündə düşüb. R.Mahmudov Ə.Zamanovun qohumlarından birinin qızının dalınca gedib-gəlirmiş. Bundan xəbər tutan Ə.Zamanov gənc oğlana bir neçə dəfə həmin qızdan uzaq durması barədə xəbərdarlıq edib. Nəhayət, oktyabrın 26-da tərəflər məsələni qanla həll etmək qərarına gəliblər və qəsəbə qəbiristanlığına gediblər. Burada R.Mahmudov bıçaqla qızın qohumunu öldürüb. Hadisəni törədən şəxs saxlanılıb. Faktla əlaqədar cinayət işi başlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA