29-07-2018 [01:36]
Qoç - mobil, kreativ və məqsədyönlü olun. Bir çox məsələləri dərhal həll etmək olar. Bir sıra məsələlər təcili həllini tələb edir. Amma tələskənlik etməyin. Yüz ölçüb, bir biçin. İşdə qaydalara və tələblərə riayət edin.
Günün ikinci yarısında rutin işləri sonuclandırın. Yarımçıq, tam anlamadığınız məsələlərin həllində məsləhətlərdən yararlana bilərsiniz.
Yaşlı qohumlardan biri ilə ünsiyyətdə çətinliklər yaranacaq. Bir qədər mülayim, üzüyola olun.
Buğa - rəqiblər və bədxahlar üzərində qələbə çala bilərsiniz. Mübarizəni müşahidə edən şəxslər sizi dəstəkləyəcəklər. İşdə yeni münasibətlər qura bilərsiniz. Bu təmaslar faydalı olacaq.
Şəxsi münasibətlərdə əhəmiyyətli irəliləyişlər ola bilər. Durumun az qala ideal olduğunu düşünsəniz də, sizi sevindirəcək məqamlar olacaq.
Axşam saatlarına yaxın yeni tanışlıqlar şansı artacaq.
Əhvalınız pis deyil.
Əkizlər - o qədər də yaxşı gün deyil. İstəklərinizi optimallaşdırın, hədəflərinizi təftiş edin. Ambisiyalarınız irreal olmasın. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün resurs və ya qüvvəniz azlıq edə bilər.
Günün ikinci yarısında kəmhövsələ davranmayın. Praktik olun, hisslərin əsiri olmayın.
Yaşam təcrübəniz sizə bir sıra çətinliklərin öhdəsindən gəlməyə kömək edəcək.
Yaxınlarınızdan biri ona xas olmayan davranışla sizi təəccübləndirəcək.
Xərçəng - cari işləri unutmayın, onları vaxtında yerinə yetirin. Yaradıcılıq potensialınızın səviyyəsi yetərincə yüksəkdir. Fəqət, şedevr yaratmağa can atmayın, həlli tələb edən məsələlərlə məşğul olun. İlk baxışdan çox çətin təsir bağışlayan işlərdən qorxmayın. Ən ağır problemləri həll edə bilərsiniz. Öz biliklərinizlə yanaşı, başqalarının təcrübəsindən də bəhrələnməyi bacarın.
Günün ikinci yarısında təmkinli, səbrli olun. Ünsiyyətdə olduğunuz insanlarla münasibətləri qorumağa çalışın. Axşam saatlarında gəzintidə, səyahətdə fayda var.
Şir - olduqca çətin məsələnin həlli ilə məşğul olmaq zamanıdır. Təsərrüfat məsələlərinin çözümünü başqalarına tapşırmayın. Daha çox pul qazanmağa çalışın.
Günün ikinci yarısında fəaliyyət prosesinə tam nəzarət edin. Xırdalıq və detalları nəzərdən qaçırmayın. Qarşınıza qoyulan məsələni, həvalə olunan tapşırığı peşəkarcasına tamamlayın.
Yaxınlarınızla təmaslarda sakit, güzəştlərə meylli olun.
Axşam saatlarında gəzintiyə çıxın.
Qız - realistsinizsə, yaxşı gündür. Situasiyanı obyektiv dəyərləndirin. Cari məsələərin həlli üçün gərəkli yolları və vasitələri arayın.
Emosiyalara əsir olsanız, uğursuzluğun acı dadını hiss edəcəksiniz.
Günün ikinci yarısındakı situasiya planlarınızı tam həyata keçirməyə imkan vermir. Yaxın ətrafınızdakı insanlar sizi əsəbiləşdirəcək, təəssüfləndirəcəklər.
Praqmat olun, yaşananları dürüst qiymətləndirin. Hər şeyi çox yaxşı və ya tam əksinə, çox pis görməyin.
Tərəzi - sərbəstlik, asudəlik və müstəqillik istəklərində ifrata varmayın. Belə davranış pərişanlıq, ruh düşkünlüyü vəd edir. Yaxın ətrafınızdakı insanların dediklərinə qulaq asın.
Günün ikinci yarısında mövcud situasiyanın həddən ziyadə nikbin qiymətləndirilməsi kobud səhvlərə səbəb ola bilər. Evdə və işdə köklü dəyişikliklər zamanı deyil. Təmirə başlamaq, iş və ya yaşam yerini dəyişmək fikrindən vaz keçin.
Yaxın insanlarla söhbətdə artıq kəlmələr söyləməyin.
Əqrəb - çevik, mütəhərrik, qıvraq olun. Ambisiyalarınızı başqalarının istəklərinə fəda etməyin. Həddən ziyadə ehtiyatkarlılıq və astagəl olmağınız maraqlandığınız istiqamətdə geriləməyə səbəb ola bilər. Çalışdığınız kollektivdə əsəbləri gərməyin.
Günün ikinci yarısında naqolay vəziyyətə düşməyin. Uzaq səfəri, səyahəti təxirə salın. Sevdiyiniz insanla mübahisə etməyin, çünki belədə dava başlaya bilər. Münasibətləri qoruyun.
Axşam saatlarında yarımçıq işi bitirin.
Oxatan - uğur seçəcəyiniz strategiyadan asılıdır. Ona görə də qəti qərar verməzdən əvvəl ətrafa diqqətlə nəzər salın, şərtləri dəyərləndirin. Tələskənlik etməyin. Maliyyə məsələlərində yalnız intuisiyaya güvənməyin.
Günün ikinci yarısında məqsədə çatmaq üçün kiçik itkilərə və o qədər də əhəmiyyətli olmayan qurbanlara hazır olun. Sevdiyiniz insan sizə dəstək olacaq.
Karyera və biznesdə yeni layihəyə başlamaq olar.
Axşam saatlarında stressdən qurtulmaq üçün əylənin.
Oğlaq - ən çətin, qarışıq situasiyalarda dəmir əsəbli insan kimi davranın. Təmkin və səbr dadınıza çatacaq. Yaxın ətrafınızdakı insanlardan biri ilə qarşıdurma, həmkarların rəqabəti istisna deyil. Çalışdığınız kollektivdə mühitin dəyişməsinin hansı yön alacağını təxminləmək olmur.
Günün ikinci yarısında hisslərin diqtəsi ilə qərar verməyin. Dəyər verdiyiniz insanla söhbətdə ötənləri xatırlayaraq münasibətləri ayırd etməyə çalışmayın. Belədə təmaslar, ümumiyyətlə, kəsilə bilər.
Dolça - bəzi layihələrdən və istəklərdən əl çəkmək məcburiyyətindəsiniz. Fərdi planlar arxa plana keçir. Ən önəmli məsələni çözməyə başlayın. Ağır zəhmət çəkməli olacaqsınız.
Günün ikinci yarısında işgüzar fəaliyyət müstəvisində çoxsaylı problemlər yaranacaq. Texnika və avadanlıqda nasazlığın yaranması istisna deyil.
Axşam saatlarını yaxınlarınıza həsr edin.
Balıqlar - uzaqgörən olun, iradəli davranın. Hadisələrlə zəngin gündür. Süstlük, zəiflik, apatiya yolverilməzdir. Emosiyaların qurbanı olmayın. Abstrakt mübahisələrə qatılmayın. Mənasız diskussiyalardan uzaq durun.
Günün ikinci yarısında yeni layihəyə başlamaq fikriniz varsa, kənardan gələn məsləhətlərə qulaq asmayın. Qrupun və ya kollektivin qeyri-formal liderinə çevrilə bilərsiniz. Dəyər verdiyiniz insanla sərt danışmayın. Fikir və ya hisslərinizi ifadə etmək istəyəndə diqqətli olun (Milli.Az).
İran səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb
Ramazanın 15-ci gününün duası: imsak və iftar vaxtı
Azərbaycan vətəndaşıarı Yaxın Şərqdən təxliyyə olunur
Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib
Ramil Mənsimov Monteneqroda saxlanılıb
"DAHA YENİ BAŞLAYIRIQ" - ABŞ müdafiə naziri Baş qərargah rəisi ilə birgə mesaj verdi, İrana qoşun yeritmək variantı da var
İlqar Mustafayev, köməkçisi və direktorun məhkəməsi təxirə düşüb
Fəqani Hüseynov həbs olunub
Əməkdar artist Kübra Əliyeva evində ziyarət olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrailə qarşı yeni raket hücumlarına başlayıb
Prezident İlham Əliyev fərman imzalayıb
İrandan Azərbaycana daha 46 nəfər təxliyə edilib
Türkiyə XİN başçısı İran XİN başçısı ilə danışdı - Xəbərdarlıq
Türkiyə hava məkanında İranın ballistik raketi vuruldu - Rəsmi Ankaradan qəzəbli bəyanat
“Azərbaycan Dəmir Yolları”nda nə baş verir? - Rövşən Rüstəmov "Yüksəliş” müsabiqəsinin qalibi ilə də yola getmədi
Deputatın oğlu ilə TƏBİB arasında sövdələşmə - 400 min manatlıq
34 hakimin Ali Məhkəmədə andiçmə mərasimi olub
Fərid Bağırzadə nazir təyin olundu - O, kimdir?
Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
"Sovxoz Ramana"da göl doldurulur - Araşdırma başladı
İran Hörmüz boğazında 10-dan çox neft tankerini vurub: "Vəziyyət tam nəzarətimizdədir"
ABŞ İran gəmisini vurub - 101 nəfər yoxa çıxıb, 78 nəfər isə yaralı halda xilas edilıb
Qənirə Ataşova həkimləri sifarişlə "vururmuş?" - TƏBİB sədri ilə ANS-in xanım jurnalisti haqda sensasiyalı iddialar yayıldı
“ULDUZ” JURNALININ “GÜNEY AZƏRBAYCAN ƏDƏBİYYATI” SAYI ÇAP OLUNUB
Prezident İran səfirliyinə gedib başsağlığı verdi - FOTOLAR
BU ŞƏXSLƏRƏ TƏQAÜD VERİLƏCƏK - Sərəncam
“Bakcell” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib - FOTOLAR
Sabah hava necə olacaq? - Proqnoz
TələbəPlus kartı ilə ictimai nəqliyyatda 10 faiz endirim olacaq
Pensiyalar tez ödəniləcək - Bayramlara görə
"AZƏRİQAZ"da AYLARA GÖRƏ ANORMAL MAAŞ SİSTEMİ VƏ İŞ SAATI TƏLƏBİ... - Komitə sədri işçilərin şikayətini tirajladı
Elgiz ARB-dən ayrılıb - Aparıcı sponsorları da özüylə aparıb
AMXM-da “Gözəllik aşiqi” fərdi sərgisi açılıb
MEDİA jurnalistlərə müraciət edib
"Hizbullah" İsrailə zərbə endirib - İsraildən açıqlama
Azərbaycan Kuboku: təyinatlar açıqlanıb
Axtarışda olan Azərbaycan vətəndaşları Rusiyada tutulublar
"TikTok"da qeyri-etik paylaşımlar... - Daha 3 nəfər cəzalandırıldı
"Azərişıq” ASC-də yeni təyinat olub
Deputat: "Özündən həddən artıq razı məmurlar var" - "Parlament emosional qarşıdurma meydanı deyil" (MÜSAHİBƏ)
“İçərişəhər”in sektor müdiri hərbi xidmətdən necə yayınıb?
Martın 9-da buraxılış imtahanı keçiriləcək - DİM-dən xəbərdarlıq