""Jara-2018”ə qatılan hər bir artist superulduzdur" - Emin Ağalarov

img

26-07-2018 [19:41]


"Jara-2018” Beynəlxalq Musiqi Festivalına qatılan hər bir artist superulduzdur.

Trend-in məlumatına görə, bunu bu gün Bakıda "Sea Breeze Resort” istirahət mərkəzində başlayan "Jara-2018” Beynəlxalq Musiqi Festivalından öncə keçirilən mətbuat konfransında festivalın təşkilatçılarından biri, müğənni və bəstəkar, Azərbaycanın Xalq Artisti Emin Ağalarov deyib.

Emin bildirib ki, festivalın birinci açılış günündə 75 artist çıxış edəcək və onlardan hər biri superulduzdur. Onun sözlərinə görə, festivala 1200 nəfər - artistlər və komanda üzvləri gəlib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA