Serj Sarkisyan Abdullah Gülə teleqram ünvanlayıb

img

24-10-2011 [01:38]


Ermənistan mətbuatının verdiyi məlumata görə, bu barədə Ermənistan prezideni Serj Sarkisyanın teleqramında bildirilir. ?Çox hörmətli cənab prezident! Vanda dağıntılar və insan tələfatı ilə müşayiət olunan zəlzələnin baş verməsi xəbərini dərin kədər hissi ilə qarşıladım. Bildirirəm ki, Ermənistanın xilasedicilərdən ibarət xüsusi təyinatlı qrupu ən qısa zamanda zəlzələnin episentri olan əraziyə gedərək xilasetmə işlərinə başlaya bilər?, - deyə teleqramda bildirilir. Xatırladaq ki, dünən Türkiyənin Van bölgəsində 7,2 bal gücündə zəlzələ baş verib. Mütəxəssislərin məlumatına görə, zəlzələ nəticəsində ölənlərin sayı 500-dən 1000 nəfərədək çata bilər. Rəsmi məlumatlara görə, isə bu dəqiqəyədək zəlzələ nəticəsində ölənlərin sayı 217, xəsarət alanların sayı isə 1090 nəfərdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA