Ankarada avtobus partladılıb: 15 yaralı

img

20-09-2011 [04:29]


Türkiyənin paytaxtı Ankarada Çankaya Kaymakamlığının önündəki mikroavtobusda bomba partlayıb. Baş nazir müavini Bəşir Atalay bildirib ki, patlayış nəticəsində 15 nəfər yaralanıb, ölən yoxdur. Ankara polisi şübhəli bir qadını saxlayıb. Şübhəli qadının şüar səsləndirdiyi deyilir. Polis ikinci bomba ehtimalına qarşı təhlükəsizlik tədbirləri görür. Partlayış nəticəsində yaxınlıqda park edilmiş 6 avtomobil də yanıb. Yaxınlıqaki binalar da zərər görüb. Yaralılar xəstəxanaya aparılıb. Çankaya bələdiyyə başçısı bildirib ki, hadidə məktəbin qarşısında baş verib. İlkin məlumata görə, ölən yoxdur. "Ümid edirik ki. bu, terror yox, qaz balonun partlamasıdır. Çünki bir binadan yanan qaz balonu atıldığı iddiası var", deyə Bülent Tanık bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA