08-07-2018 [12:36]
Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, deputat Məlahət İbrahimqızı ölkədə baş verən son hadisələrlə bağlı "Azadlıq” radiosunun suallarını cavablandırıb.
Mia.az həmin müsahibəni oxuculara təqdim edir:
– Məlahət xanım, son günlərin hadisələrini – Mingəçevirdəki İES-də baş verənləri, ölkənin qaranlıqda qalmasını necə qarşıladınız?
– Olan şeydir. Gündə sönmür, həftədə sönmür, ayda sönmür, ildə sönmür. İndi bir hadisə olub. Məsuliyyətsizlər, səriştəsizlər, işini yarıtmazlar cəzalandırılacaqlar, onlara adekvat cavab veriləcək. Siz prezidentin müşavirəsinə də baxdınız. Möhtərəm prezident necə sərt çıxış etdi. Bu iş araşdırılır. Dövlət komissiyası yaradılıb. Bir daha deyirəm, cavabdeh adamların zərrə qədər məsuliyyətsizliyi varsa, buna görə adekvat cavab veriləcək.
– Bu müşavirənin ardından bir sual da səslənir ki, niyə prezident "Azərenrji”nin rəhbərini işdən çıxartmadı və ya niyə o şəxsin özü istefa vermədi?
– Cəza verməklə, istefa verməklə iş qurtarırmı ki? Siz hesab edirsiniz ki, ən yaxşı hal istefa verməkdir?
– Adam işini yarıtmayıbsa…
– İstefa verməklə problem həll olunmaz. Nə bilirsiniz qərar necə olacaq? Ona görə tələsdirmək də lazım deyil, arada katalizatorluq da etməməliyik. Əksinə, bu tək Azərbaycanda olmayıb ki. Seçkiöncəsi Türkiyədə partiya sədrlərindən birini güllələdilər. Onda gərək istefa verəydi, deyəydi ki, ölkədə fövqəladə haldır? Avropada da belə hallar olur. Fransada neçə vaxtdır tətildir, Makronun istefasını istəyirlər. Prezidentin də hər sözünü sadə insanlar dəyərləndirməyə bilərlər. Bu, vacib də deyil. Amma ziyalı adamlar, ictimaiyyət nümayəndələri, vətəndaş cəmiyyəti, ekspertlər bilirlər ki, prezidentin o sözləri, cavabı nədir. Ona görə də aranı qızışdırmamalıyıq. Sakitcə nəticəni gözləməliyik.
– Sizcə, işi yarıtmaz vəzifəli şəxs vəzifədən uzaqlaşdırılmamalıdır?
– Birincisi, o səviyyədə olan məsələlər mənim səlahiyyətimdə deyil, nə də sizin səlahiyyətinizdədir. Prezidentin səlahiyyətindədir. Prezident də o sözləri deyibsə, deməli, o sözlərin arxasında nəsə var. Biz bunu müzakirə etmirik. Mən müzakirə etmək fikrində deyiləm. Yəqin müşavirəyə siz də qulaq asmısınız. Prezident aidiyyatı adamlara o sözləri ki deyirdi, yəqin dəyərləndirirsiniz, yəqin bilirsiniz hər sözdən sonra atılan addım nə ola bilər. Bu sualınıza cavab verilib. Düzdür?
– Prezident, sadəcə, cavabdeh qurumun rəhbərinə dedi ki, ölkə, xalq qarşısında utanmalısınız. Məsələ utanmaqla bitir, sizcə?
– Bir də qulaq asın. Yaxşı? Oldu? Sağ olun…
Tuncay Şanlı istefaya göndərildi
Acun Ilıcanın sahibi olduğu komandanın arzusu "gözündə qaldı"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Hikmət Hacıyev: "COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər"
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq - Xəbərdarlıq
Bakıda 28 yaşlı qadını boğublar
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
"Bakı Marafonu 2024"ün qalibləri müəyyənləşib
Buraxılış imtahanı: bir şagird və nəzarətçi zaldan qovuldu
Bu gün rezidenturaya imtahan keçirilib
Heydər Əliyev Mərkəzində “20 ilin sədası” adlı konsert proqramı keçiirlib - FOTOLAR
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakıda həkimi bıçaqlayıblar
"Real Madrid" 36-cı dəfə La Liqa çempionu olub
Ceyhun Bayramov Qambiyada Hakan Fidanla görüşüb
59 yaşlı kişi 67 və 58 yaşlı iki nəfəri güllələyib, daha sonra isə... - Şəkidə şok olay
Sabah Bakıda bu yollar bağlanacaq
Tovuz rayonunda zəlzələ olub
Prezident Türkiyə ilə bağlı daha iki qanunu təsdiqləyib
Xankəndi Şəhər Prokurorluğu yaradılıb - Sərəncam
Bakıda 58 yaşlı şəxs adam öldürüb
Nigar Köçərli: "Bu işlə məşğul olub milyonçu olmaq olmaz" - "Bir çox qadınlar kimi qır-qızıla üstünlük vermirəm"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İtaliya XİN: "Biz Ukraynaya qoşun göndərməyəcəyik"
"Beşiktaş" son saniyə qolu ilə qazandı
Müdafiə Nazirliyində 143 minlik mənimsəmə: general və keçmiş idarə rəisləri hesab verir - Məhkəmə prosesi
Rusiya ilə Azərbaycan arasında əlaqələr genişlənir - Baş nazirin müavinləri görüşüblər
Ərdoğandan Özəllə görüşü haqda ilk açıqlama: “Türkiyənin buna ehtiyacı vardı" - "Siyasətin yumşalmasını istəyirəm"
Naxçıvan Dövlət Universiteti haqda qərar imzalandı
Əli Əsədov ƏƏSMN-lə bağlı yeni qərar imzalayıb
Onlar pensiyaya daha tez çıxacaq - Prezident “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi təsdiqləyib
Prezident İlham Əliyev fərman imzalayıb
Yağış yağacaq - Xəbərdarlıq
“Auto Azərbaycan” MMC barəsində araşdırmaya başlanıb
Daha 66 dərmanın qiyməti ilə bağlı qərar verildi
İŞIQ və QAZ XƏTLƏRİNƏ NEÇƏYƏ QOŞULMAQ OLACAQ? - Qiymətlər açıqlandı (Qərar + DETALLAR)
Avropa çempionatı: millilərimizin rəqibləri müəyyənləşib
Vilayət Eyvazov generalı özünə müşavir təyin edib - DİN-də növbəti dəyişiklik (FOTO)
Pakistanda sərnişin avtobusu aşıb: 20 nəfər ölüb
Şimali Koreya xaricdən tələbələrin ölkəyə girişinə icazə verdi
DEPUTATLAR TOPLANIR: hansı qanunlar dəyişir? - SİYAHI
Xaricdə oxuyan daha 62 nəfərin diplomu tanınmayıb - SİYAHI