"Said Dadazbəlinin dəstəsi"nin müdafiə komitəsi məlumat yayıb

img

11-10-2011 [10:18]


Said Dadaşbəylinin işi üzrə İctimai Müdafiə Komitəsi həmin iş üzrə həbs olunan 10 nəfərdən biri ilə bağlı məlumat yayıb. Məlumatda deyilir ki, S.Dadaşbəylinin dəstəsi adı altında həbs olunan 1983-cü il təvəllüdlü Əliyev Ceyhun Saleh oğlu bir müddət ölkədə kiçik ticarətlə məşğul olandan sonra ticarətini genişləndirmək üçün İrana, Rusiyaya, sonra isə Ukraynaya gedib və ticarətini orada davam etdirib: ?Ceyhun Əliyev dostu Emin Məmmədovun toyunda iştirak etmək üçün 2007-ci ilin fevral ayının 9-da Ukraynadan Bakıya gəlib. Fevralın 25-də Eminin toyu olmalı idi. Ceyhun fevralın 13-də bir neçə dostu ilə birlikdə çay evində görüşərkən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs olub. Həmin vaxt Emin Məmmədov da tutulub?. Müdafiə Komitəsinin məlumatında iddia edilir ki, E.Məmmədov həbs olunan zaman MTN-in əməkdaşları tərəfindən döyülərək komaya düşüb və bir müddətdən sonra xəstəxanada dünyasını dəyişib: ?Emin Məmmədova nə toy qismət oldu, nə də ki, müttəhim kürsüsündə hakimə cavab vermək. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hakimi Ənvər Seyidovun sədrliyi keçirilən məhkəmədə Ceyhun Əliyev Cinayət Məcəlləsinin 278, 274, 218.2, 28.2, 180.3.1, 228.1-ci maddələri ilə təqsirli bilinərək 14 il azadlıqdan məhrum edilib. Hökmdə Ceyhun Azərbaycan prezidentini və prezidentə tabe olan dövlət strukturunu devirməkdə və ələ almaqda günahlandırılır. Beləliklə Ceyhun Əliyev Ukraynadan Bakıya toya gəlməsi dostu Emin Məmmədovun ölümü və özünün həbs ilə başa çatıb?. Məlumatda deyilir ki, C.Əliyev 4 il 9 aydır ki, 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Onu işi Avropa məhkəməsindədir. C.Əliyev Azərbaycanın Milli Qəhrəmanı, şəhid olmuş Teyyub Rəhimovun qızı ilə ailə qurub, iki övladı var. Müdafiə Komitəsi bəyan edir ki, hazırda C.Əliyevin ailəsi çətin bir durumdadır: ?Hamı bu ədalətsizliyə göz yumur. Sifarişlə həbs olunan Said Dadaşbəylinin dəstəsi adı altında olan 10 nəfər günahsız insanların taleyi ilə oynayan hakim Ənvər Seyidovun verdiyi qərəzli, ədalətsiz hökmə görə nə vaxtsa cəzasını alacaqmı? Ənvər Seyidov sifarişlə yerinə yetirdiyi hökmə görə heç olmasa vicdanı qarşısında əzab çəkirmi??.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA