Bakı sakini qardazının arvadını güllələdi

img

10-10-2011 [02:25]


Daxili İşlər Nazirliyi Sabunçu rayonunda baş vermiş qətllə bağlı rəsmi məlumat yayıb. Nazirlikdən verilən məlumata görə, oktyabrın 9-da saat 00.30 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində yaşayan Canbala Atababayev eyni ünvanda yaşayan qardaşının arvadı Mətanət Məlikovanın evinə gələrək münaqişə zəminində "Vinçester" tipli silahdan atəş açıb onu yaralayıb. Sonra özünə məxsus "VAZ-2107" markalı avtomaşınla hadisə yerindən qaçıb. Xəsarət almış Məlikova xəstəxanaya yerləşdirilib və orada ölüb. Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Atababayev könüllü olaraq 15-ci polis bölməsinə gələrək hadisə zamanı istifadə etdiyi lüləsi və qundağı kəsilmiş tüfəngi təhvil verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA