Moskvada dava: 2 azərbaycanlı öldürülüb

img

06-10-2011 [12:49]


Rusiyanın paytaxtı Moskva şəhərinin cənubunda iki Azərbaycan vətəndaşı öldürülüb, biri yaralanıb. Bu barədə RİA "Novosti" agentliyi şəhər hüquq mühafizə orqanlarının nümayəndəsinə istinadən məlumat yayıb. İlkin məlumata görə, bu gecə Varşava şosesində yerləşən kafedə dava düşüb, nəticədə naməlum şəxs odlu və yaxud da travmatik silahdan atəş açıb. Atışma nəticəsində üç nəfər yaralanıb. Onlardan ikisi daha sonra keçinib. Xəsarət alanları naməlum şəxs "Audi"də xəstəxanaya çatdırıb. Daha sonra isə qaçıb. İndi onun axtarışları gedir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA