Qaz sayğacı qurazdırılarkən partlayız olub, 7 nəfər yaralanıb

img

05-10-2011 [05:29]


Gədəbəy şəhərində güclü partlayış hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, bu gün üçmərtəbəli yaşayış binasında 2-ci mərtəbənin pilləkən qəfəsində Gədəbəy rayon Qaz İstismar İdarəsinin işçiləri tərəfindən qaz sayğacı quraşdırılarkən partlayış olub. Yanğına keçməyən hadisə nəticəsində ilkin məlumata görə, Qaz İstismar İdarəsinin 5 əməkdaşı və 2 nəfər sakin yanıq xəsarətləri alıb. Həmçinin, binanın həmin giriş hissəsinin və bəzi mənzillərin pəncərə şüşələri qırılıb. Yaralılar xəstəxanaya aparılıb. Hazırda hadisə yerində aidiyyəti qurumların mütəxəssisləri tərəfindən müvafiq iş aparılır. Partlayışın başvermə səbəbi araşdırılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA