Rusiyada azərbaycanlı qətlə yetirilib

img

04-10-2011 [01:02]


Rusiyada daha bir azərbaycanlı qətlə yetirilib. Hadisə şimal ölkəsinin Tümen şəhərində baş verib. Ötən gün axşam saatlarında ?Kolso? bazarı ərazisində kütləvi qarşıdurma olub. Hadisə şahidləri olayın şəxsi münasibətlər zəmində baş verdiyini bildiriblər. Onların sözlərinə görə, azərbaycanlını qətlə yetirən şəxs içkili vəziyyətdə olub. Belə ki, tərəflər münasibətlərinə aydınlıq gətirən zaman sərxoş şəxsin tərəfdaşları silahlı müqavimət göstəriblər. Nəticədə açdıqları atəş nəticəsində azərbaycanlı aldığı kəllə-beyin yarasından dünyasını dəyişib. Onu müdafiə etməyə çalışan digər şəxslər yaralansalar da, hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilir. Hazırda polisin hadisənin bütün iştirakçılarını saxladığı bildirilir. Qanlı insidentlə bağlı cinayət işi açılıb. İstintaqçılar hadisə yerindən 2 ədəd ?Sayqa? və ?Vepr? tipli karabin ov tüfəngləri, eləcə də 3 bıçaq və travmatik tapança aşkar edərək müsadirə ediblər. Cinayət işinin aşkarlanması xüsusi ağır işlər üzrə şöbəyə həvalə edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA