Azərbaycan və Rusiyanın daxili izlər nazirləri sərhəddə birgə təlimlərə yekun vuracaqlar

img

03-10-2011 [12:59]


Rusiyanın Daxili işlər naziri Rəşid Nurqaliyev transsərhəd cinayətkarlıqla birgə mübarizə məsələlərini müzakirə etmək üçün Azərbaycana gələcək. Bu barədə ?İnterfaks-Azərbaycan? agentliyinə respublika DİN-dən bildirilib. "Azərbaycanın və Rusiyanın daxili işlər nazirləri Ramil Usubov və Rəşid Nurqaliyev çərşənbə axşamı respublikanın Quba rayonunda birgə operativ-axtarış əməliyyatının nəticələrinə həsr edilmiş "Sərhəd-2011" adlı tədbirdə iştirak edəcəklər, - deyə agentliyin müsahibi bildirib. Tədbirdə həmçinin Dağıstanın daxili işlər naziri, Azərbaycanın Rusiya ilə sərhəd rayonlarının polis rəisləri iştirak edəcək. Görüş iştirakçıları cinayətlə mübarizə və təhlükəsizliyin təmin edilməsi məsələləri üzrə informasiya mübadiləsi aparacaqlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA