Azərbaycan-Rusiya sərhədində keçirilən əməliyyatlarda axtarızda olan 80 zəxs tutulub

img

28-09-2011 [04:04]


Azərbaycan və Rusiya Daxili İşlər nazirlikləri arasında təsdiq edilmiş birgə tədbirlər planına əsasən hər iki ölkənin sərhədyanı rayonlarının ərazisində ?Sərhəd? şərti adı altında keçirilən kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər başa çatıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, əməliyyatın əsas məqsədi transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində kompleks təşkilati-praktiki tədbirlərin icrası olub. Respublikanın Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Quba, Qusar və Xaçmaz rayonlarını əhatə edən tədbirlər nəticəsində Azərbaycan Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 50 nəfər tutulub, həmçinin Rusiya daxili işlər orqanları tərəfindən axtarışa elan edilmiş 30 nəfər, şübhəli qismində 22 nəfər saxlanılıb. Qanunsuz saxlanılan 7 avtomat silah, 5 tapança, 34 ədəd yivli və ov tüfəngi, 34 qumbara, 65 adda hərbi ləvazimat, 4000-dən çox müxtəlif çaplı patron götürülüb. Əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 16 fakt aşkar olunub. Bu faktlar üzrə qanunsuz dövriyyədən 3 kiloqram 500 qrama yaxın müxtəlif növ narkotik vasitə çıxarılıb. Eyni zamanda, 633 kiloqramdan çox kultivasiya yolu ilə yetişdirilib, 15 tona yaxın isə yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar olunaraq məhv edilib. Tədbirlər zamanı 421 inzibati hüquqpozma üzrə qanunla müəyyən olunmuş tənbeh cəzalarının tətbiqi təmin edilib. Cinayətlərin qarşısının alınması və açılmasında böyük əhəmiyyət kəsb etməsi baxımından analoji əməliyyatların gələcəkdə də keçirilməsi planlaşdırılır. Qeyd edək ki, ?Sərhəd? şərti adı altında keçirilən kompleks əməliyyat-axtarış və profilaktik tədbirləri sentyabrın 19-dan 25-dək davam edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA