Sarkozinin Azərbaycana səfərinin vaxtı açıqlandı

img

17-09-2011 [01:09]


Fransa prezidenti Nikola Sarkozi (Nicolas Sarkozy) oktyabrın 6-7-də Cənubi Qafqaza səfər edəcək. Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov məlumatı təsdiqləyib və qeyd edib ki, Nikola Sarkozi Azərbaycana oktyabrın 7-də səfər edəcək. Sarkozi Azərbaycana səfər edən ilk Fransa prezidenti olacaq. Səfər ərəfəsində Azərbaycanla Fransa arasında əməkdaşlıq məsələləri sentyabrın 23-də Parisdə Azərbaycan-Fransa ticari əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclasında müzakirə olunacaq. İclasda Azərbaycanın nümayəndə heyətinə Maliyyə naziri Samir Şərifov, Fransa nümayəndə heyətinə isə xarici ticarət üzrə dövlət katibi Pyer Leluş (Pierre Lellouche) rəhbərlik edəcək. Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2011-ci ilin yanvar-iyulunda Azərbaycanla Fransa arasında mal dövriyyəsi 2.69 milyard dollar təşkil edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA