Həmsədrlərin növbəti görüzünün vaxtı və yeri açıqlanıb

img

16-09-2011 [11:31]


Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin növbəti görüşünün Nyu-Yorkda keçirilməsi planlaşdırılıb. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib. ?Həmsədrlərin növbəti görüşünün sentyabrın 20-i tarixlərində Nyu-Yorkda BMT Baş Assamleyası çərçivəsində keçirilməsi planlaşdırılır?, - deyə A.Lukaşeviç qeyd edib. Xatırladaq ki, həmsədrlər sonuncu dəfə sentyabrın 7-də Vyanada ? ATƏT-in mənzil-qərargahında görüşərək plan məsləhətləşmələri aparıblar.Onların təxmini iş qrafiki ATƏT-in Nazirlər Şurasının Vilnüsdə keçiriləcək dekabr iclasına qədər məyyən edilib. Həmin gün onlar Minsk qrupunun digər üzvlərinə prosesin gedişi ilə bağlı məlumat veriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA