Ərdoğan inqilab ölkələrinə səfər edir

img

15-09-2011 [11:17]


Rəcəb Tayyib Ərdoğanın Misirdən sonra Tunisə səfəri başlayıb. Tunis hava limanında Ərdoğanı ölkənin baş naziri əl-Baci əl-Qaid qarşılayıb. Türkiyənin baş nazirinin Tunisiə gəlişindən əvvəl hava limanı böyük bir coşğuya səhnə olub. Tunislilər əllərində Türkiyə, Fələstin bayraqları və Ərdoğanın portretləri saatlarla gözləyiblər. Baş nazirin hava limanından çıxmasıyla izdiham daha da coşub. Rəcəb Tayyib Ərdoğan səfər çərçivəsində Tunisin vitse-prezidenti və baş naziri ilə görüşəcək. Tunis səfərindən sonra Türkiyə baş nazirinin Liviyaya gedəcəyi bildirilir. Ərdoğan Liviya paytaxtında Milli Keçid Şurasının rəhbəri Mustafa Əbdülcəlillə danışıqlar aparacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA