Səməd Seyidov Almaniyanın səfirini qəbul edib

img

25-08-2011 [02:44]


Avqustun 24-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili, professor Səməd Seyidov Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Herbert Kvelleni qəbul etdi. Görüşdə ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova da iştirak edirdi. S.Seyidov səfiri salamlayaraq onu universitetdə görməkdən məmnun olduğunu bildirdi. Azərbaycan Dillər Universitetinin tarixindən söz açan rektor universitetdə bütün dünya ölkələrinin, xüsusilə Qərbi Avropa ölkələrinin dillərinin öyrənildiyini bildirdi. ?Tədris olunan dillərlə yanaşı, həmin ölkələrin dil və mədəniyyət mərkəzlərinin universitetdə mövcudluğu tələbələrə həmin dillərin mənimsəmək və ölkələri öyrənməkdə kömək edir?. Bu baxımdan ADU-dakı Alman dili Mərkəzinin fəaliyyətini qənaətbəxş hesab edən rektor vurğuladı ki, Alman mərkəzini universitet öz dəstəyi hesabına yaratmışdır, çünki buna ehtiyac vardı. ADU-nun gələcək perspektivləri haqqında danışan S. Seyidov Azərbaycan Dillər Universitetinin maddi texniki bazalarının daha da genişlənməsi layihəsi üzərində iş getdiyini səfirin diqqətinə çatdırdı. Daha sonra universitetdə fəaliyyət göstərən fakültələr və kafedralar haqqında məlumat verən rektor Almaniya daxil olmaqla müxtəlif ölkələrdən yüksək ixtisaslaşmış müəllimlərin ADU-da dərs dediklərini söylədi. Səfir Herbert Kleven isə öz növbəsində ADU ilə əməkdaşlıqda maraqlı olduğunu bildirdi. Almaniya universitetlərinin ADU ilə əlaqələrinin yaradılmasının ikitərəfli əlaqələrin dərinləşməsinə, elmi-mədəni əlaqələrə töhfəsini verəcəyinə əminlik ifadə etdi. Görüşdə həmçinin bir sıra gələcək qarşılıqlı əməkdaşlıq məsələləri də müzakirə olundu.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA