AŞPA-nın payız sessiyasının gündəliyi açıqlanıb

img

12-09-2011 [01:13]


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bürosu payız sessiyasının gündəliyini təsdiq edib. Sessiyanın gündəliyinə Azərbaycanla bağlı məsələ daxil edilməyib. Oktyabrın 3-dən 7-dək davam edəcək sessiyanın ilk iş günü ənənəvi olaraq Büroda və siyasi qruplarda yığıncaqlarla başlayacaq, gündəlik təsdiq olunacaq. Günün ikinci yarısında isə Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Konstantin Qrişşenko rəhbərlik etdiyi qurumun yay sessiyasından sonrakı dövrdə fəaliyyəti barədə hesabat verəcək, Türkiyədə keçirilmiş parlament seçkilərinin nəticələrinə dair məlumat dinləniləcək. Oktyabrın 4-də isə sessiyada Fələstin Dövlət Şurası tərəfindən ona AŞPA ilə əməkdaşlıq statusu verilməsi ilə bağlı müraciəti, demokratiya sahəsində Avropa Şurası haqqında Lissabon müqaviləsinin yerinə yetirilməsi məsələləri müzakirə ediləcəkdir. Sonrakı günlərdə avropalı deputatlar İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının fəaliyyəti, Avropa Şurası ilə əməkdaşlıq və ərəb dünyasında geniş vüsət alan demokratiya, insan hüquqları və terrorizmə qarşı mübarizə, Ermənistanda demokratik təsisatların fəaliyyəti və digər məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar. AŞPA-nın payız sessiyasında Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas, BMT-nin uşaq alverinə qarşı mübarizə üzrə xüsusi nümayəndəsi xanım Majat Maalla Mjid, Meksikanın xarici işlər naziri xanım Patrisia Espinoza Kantellano və digərlərinin çıxışları da nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA