Obama: "ABŞ heç vaxt islam və ya digər dinə qarzı müharibə etməyəcək"

img

12-09-2011 [12:54]


Birləşmiş Ştatlar Prezidenti Barak Obama və keçmiş dövlət başçısı Corc Buş xanımlarının müşayətilə dağıdılmış Dünya ticarət mərkəzinin təməlinin yerində salınmış xatirə abidəsinin - su axınlı hovuzun önündə terror qurbanlarını yad edib. Daha sonra Buş və Obama əraziya toplaşmış 11 sentyabr qurbanlarının yaxınlarına başsağlığı verib. Obamanın geniş nitqi gözlənilsə də, prezident ?İncil?dən kiçik bir ayəni oxumaqla kifayətlənib. Qurbanların qohumları və yaxınları yeni açılmış memorial plaza önündə bir araya gəlib. Bəziləri tünd rəngli matəm geyimləri, digərləri isə gündəlik geyimlərdə olan qohumlar əllərində itirdikləri yaxınlarının foto şəkillərini tutub. Onlar bir-birini əvəz edə-edə mikrofon qarşısında bütün hadisə qurbanlarının, təxminən 3 min nəfərin adını ucadan oxuyublar. Nyu-York polisi və təhlükəsizlik orqanları əraziyə səfərbər edilərək gücləndirilmiş vəziyyətdə işləyib. Prezidentlərin gəlişindən bir neçə saat əvvəl yerli qurumlara kiçik miqyaslı terror aksiyasının törədiləcəyi haqqında məlumatlar daxil olsa da, mərasim insidentsiz ötüşüb. Obama 11 sentyabr hadisələrinin 10 illiyi münasibətilə yekun çıxışını edib Obama son 10 ildə amerikalıların terrorla mübarizədə böyük qətiyyət nümayiş etdirdiyini bir daha vurğulayıb. O, Corc Buşun 10 il əvvəlki çıxışından sitat gətirərək, bir daha, ABŞ-ın heç vaxt İslam və ya digər dinə qarşı müharibə etməyəcəyini də qeyd edib. ?Son 10 il bizim üçün azadlığın nə demək olduğunu bir daha təsdiq etdi. Heç şübhəsiz biz ABŞ-ı hədələyənləri hər zaman diqqətdə saxlayırıq. Ölkənin müdafiəsilə bağlı xalq arasında narahatlıqlar var. Son 10 ildə sülh və müharibə, təhlükəsizlik və vətəndaş azadlıqları haqqında qızğın mübahisələrin şahidi olmuşuq. Ancaq bu mübahisələrin dəyərlərimizə xələl gətirməyən və demokratik yolla həll etmək bacarığımız ABŞ xalqının nə qədər güclü olduğunu sübut edir? - deyə Barak Obama vurğulayıb. 11 sentyabr qurbanlarının xatirəsi dünya ölkələrində anılıb 11 sentyabr qurbanlarının xatirəsi bütün dünyada da anılıb. Fransanın paytaxtı Parisdə anım günündə Eyfel qülləsinin yaxınlığında 11 sentyabrda dağılan əkiz binaların 25 metrlik oxşarı qurulub. Əfqanıstan paytaxtında matəm rəmzi olaraq Amerika səfirliyi üzərindəki bayraq endirilib. Tədbirlə bağlı nitqində beynəlxalq qüvvələrin komandanı general Con Allen ?Əl-?Qaidə?yə qarşı mübarizənin davam edəcəyini bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA