Tahir Abbaslı Rəcəb Tayib Ərdoğana açıq məktub yazıb

img

09-09-2011 [01:54]


Azərbaycan İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı Türkiyə Cümhuriyətinin baş naziri hörmətli Rəcəb Tayib Ərdoğana cənablarına açıq məktub yazıb. Məktubda deyilir: Hörmətli baş nazır, hər şeydən əvvəl yüksək hüzurlarınıza salamlarımı çatdırıram. Zati-alinizin və partiyanızın Türkiyə Cümhuriyətində gerçəkləşdirdiyi reformlar və iqtisadi inkişaf bütün dünya xalqlarının diqqətini cəlb etməkdədir. Dürüst və çağdaş politika izlədiyiniz üçün millətiniz üç kərə partiyanızı birinci yerə yüksəldərək təşəkkürünü cənabınıza və partiyanıza bildirmişdir. Dünyada barış və demokratiyadan yana olanlar da Türkiyədə gerçəkləşdiyiniz başarıqlardan dolayı Sizlərə xeyir-dua göndərməkdədir. O cümlədən Azərbaycan Respunlikasının vətəndaşları da cənabınız və partiyanız haqqında xoş duyğular daşımaqdadır. Hörmətli baş nazir, dünyada tanınan bir lider olduğunuz üçün bölgəmizin və dünyanın problemləri ilə bağlı olaraq bəzi təşəbbüslərdə bulunmanızı dünyanın bütün sülhsevər insanları gözləməkdədirlər. Bu inancımdan yola çıxaraq zati-alinizə bölgəmizin böyük ekoloji problemi ilə bağlı öncə məlumat vermək, sonra da cənabınızın bu ekoloji problemin çözülməsi üçün təşəbbüs göstərmənizi dilərdim. Çünkü bölgəmizin və dünyanın sayılan bir ölkəsi olan Türkiyə Cümhuriyətindən, ancaq ədalətli rəftar gözlənilə bilər. Möhtəşəm Türk?İslam tarixinin varisi olan çağdaş Türkiyə Cümhuriyətindən dünya xalqlarının da gözləntiləri vardır. Hörmətli baş nazir, İran İslam Cümhuriyətinin Qərbi Azərbaycan vilayətində yerləşən Urmu gölü yox olmaq təhlükəsi ilə qarşıqarşıyadır. Bu duzlu gölün yarısı qurumuş və yarısı da qurumaq üzrədir. Urmu gölü quruyacaq olsa, bu gölün kənarında yaşayan Azərbaycan türkləri böyük həyati təhlükə ilə üz-üzə gələcəkdir. 13 milyon insanın həyatı təhlükə altına girəcəkdir. Orada yaşayan soydaşlarımızın həyatı ilə maraqlanmaq hər tək-təkimizin milli və dini borcudur deyə düşünürəm. Cənab baş nazir, İran dövləti qapalı bir sistem olduğundan öz vətəndaşlarının necə fəlakətlə qarşılaşdığını dünyaya etiraf etmək istmir. Ayrıca, İran rejimində türklərə qarşı ədalətsiz rəftarın da gölün qurumasında təsirli olduğunu gözdən qaçırmamaq lazımdır. Bu ekoloji fəlakətin qarşısı alınmazsa, Güney Azərbaycanda yaşayan soydaşlarımız və dindaşlarımız qorxunc faciə ilə qarşılaşacaqlar. Dünyanın tanınan dürüst bir lideri olaraq zati-alinizin İran dövlətini bu haqda uyarmanız və bilgiləndirməniz faciənin qarşısını ala bilər. Bəlkə onlar necə bir faciənin baş verəcəyini bilmirlər. Sizin kimi bir dövlət adamının bu yolda uyarıları bölgəmizi baş verməkdə olan fəlakətdən xilas edə bilər. Cənabınızdan xahiş edirik ki, Urmu gölünün qurumasının qarşısını almaq üçün öz təsirinizi göstərəsiniz. Türkiyə?İran münasibətlərində bu mövzunu dilə gətirəsiniz çox xeyirli iş olar. Türkiyənin teknoloji və elmi təcrübələrindən bu faciəni durdurmaq üçün yararlanmaq insanlıq üçün böyük xidmət ola bilər. Böyük Allah dövlətinizi paydar etsin, Sizə can sağlığı bağışlasın Böyük hörmətlə: Azərbaycan İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA