?iranda 30 ildən artıqdır xalqa cəhənnəm əzabı verilir?

img

22-08-2011 [02:11]


Azərbaycan İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı İranın ölkəmizə yönəlik müdaxilələrinə növbəti dəfə sərt reaksiya verib. Iranda insan haqlarının pozulmasından danışan AİDP sədri daha ciddi mətləblərə toxunub. O deyib ki, hazırda İran hakimiyyətinin daxili və xarici siyasətində ciddi çatışmazlıq yaşanır: ?Bu çatışmazlıq İranın keçmiş SSRİ kimi kaloniya yaratmaqla dünyadan təcrid olunma yolu tutmasi ilə bağlidir. İranda 30 ildən artıqdır xalqa cəhənnəm əzabı verilir. Şəriət qaydalarını hakim tutan rejim siyasətdə İslama zidd gedərək öz maraqlarını təmin etməklə, özünə gün ağlamaqla məşğuldur. Bu ölkədə müxalifətçilərin təqib, təzyiq və təhqir olunması, soydaşlarımızın təhqir olunmasi, ana dilinə qadağa qoyulması, etiraz edənlərin həbsi, işsizlik və zillət içində yaşaması İranın siyasi hakimiyyətinin mahiyyətindən xəbər verir?. İranın Azərbaycanın daxili və xarici siyasətinə müdaxiləsini region, qonşuluq və islami baxımdan düzgün hesab etmədiyini deyən AİDP sədrinin sözlərinə görə, bu ölkəyə rəhbərlik edənlərin 30 ildə apardıqları uğursuz siyasətin günahını Azərbaycan və İsrail əməkdaşlığında görməsi çox gülünc və qeyri-ciddidir. ?İslam dünyasında bir tək faciə var, o da istibdad və despotizmdi? deyən T.Abbaslı hesab edir ki, müsəlmanlar dəyişməlidirlər, insan haqlarına və demokratiyaya qapı açılmalıdırlar: ?Yəhudilərin ağıllarına gətirmədikləri xeyirləri islam ölkələrindəki despotizm onlara hədiyə edir. Yəhudi düşmənçiliyi olmamalıdır, yəhidilər də insan və bir millətdir. Əlbəttə sionizmi və ona bənzər xüsusiyyətləri sevmirik və dəstəkləmirik əksinə mübarizə aparılmalıdı. Hesab edirik ki, bütün islam ölkələri, həmçinin İran artıq Yəhudi dövlətini rəsmən tanımalıdırlar. Yeni doğru münasibətlər qurulmalıdı. Zatən bir çox ölkər o cümlədən Türkiyə, bəzi ərəb dövlətləri və Azərbaycan da Israili tanıyır. Azərbaycan İsrail, Türkiyə İsrail müttəfiqliyi olduğu kimi, yəhudi-islam düşmənçiliyi aradan götürülməlidi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA