Bakıda dayı və bacıqızı qətlə yetirildi

img

05-09-2011 [11:44]


Bakıda dəhşətli qətl törədilib. Bu barədə Xətai Rayon Prokurorluğundan bildirilib. Hadisə sentyabrın 4-də rayonun Qubanov küçəsi, 25 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən yaşayış binasının zirzəmisində Nərimanov rayon sakini 1947-ci il təvəllüdlü Viktor Bıkov və onun bacısı qızı Svetlananın qətlə yetirilməyə xarakterik olan meyitləri tapılıb. Hadisə yerinə əməliyyat qrupu çıxıb. Araşdırmalar zamanı hadisəni Bakı şəhər sakini Abaydulin Nail Rəşidoviç tərəfindən törədildiyi müəyyənləşib. Həyata keçirilən tədbirlər nəticəsində N. Abaydulin saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma gedir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA