DiN "Sərhəd-2011" əməliyyatı ilə bağlı məlumat yayıb

img

21-09-2011 [01:31]


Daxili İşlər Nazirliyi (DİN) ?Sərhəd-2011? şərti adı altında keçirilən əməliyyat tədbirlərlə bağlı məlumat açıqlayıb. Əməliyyat tədbirləri nəticəsində Qəbələ rayonunun Tola kənd sakini, əvvəllər məhkum olunmuş Mərdan Əzəmmədovun evinə baxış zamanı oradan 3 kiloqram 200 qram marixuana, müvafiq sənədləri olmayan 1 ədəd ov tüfəngi, 5 ədəd patron və 17 ədəd giliz, habelə, həyatyanı sahəsində kultivasiya yolu ilə yetişdirdiyi ümumi çəkisi 60 kiloqram olan 11 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Cari il mayın 20-də Oğuz rayon sakini İlham İsmayılova məxsus mağazadan 200 manat pulu və danışıq kartlarını oğurlamış rayonun Xaçmaz kənd sakini Əliağa Hacıyev tutulub. Sentyabrın 17-də Qusar rayon sakini Faiq Quliyevə məxsus ?VAZ-2103? markalı avtomaşını qaçırmış həmyerliləri Zedik Əlixanov və Elşən Mustafayev saxlanılıb. Rusiya Federasiyası CM-nin 206-cı (girov götürmə) maddəsi ilə axtarışda olan Qax rayon sakini Aslan Aslanov həbs olunub. ?Sərhəd-2011? şərti adı altında keçirilən əməliyyat tədbirləri davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA