Yevlaxda yanacaqdazıyan yük mazını azdı

img

02-09-2011 [12:21]


Yevlax rayonunda yanacaqdaşıyan yük maşını qəzaya uğrayıb. Fövqəladə Hallar Nazirliyinin saytında verilən məlumata görə, Salahlı kəndi yaxınlığında qoşqusunda 30 ton yanacaq olan "Kamaz" markalı yük avtomobili "Vaz" markalı minik avtomobili ilə toqquşub. Nəticədə yük avtomobili çevrilib. Avtomobilin qoşqusunda olan yanacaq ətrafa dağılıb, hər iki nəqliyyat vasitəsinin sürücüləri və minik avtomobilində olan sərnişin xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıblar. Hadisə yerinə cəlb edilmiş xilasedicilər tərəfindən ətrafa dağılmış yanacağın alışmasının qarşısını almaq məqsədilə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA