Paytaxtda yanacaq dazıyan mazın qəzaya uğradı

img

20-09-2011 [12:19]


Bu gecə Bakının Tiflis prospektində minik maşını yanacaq daşıyan avtomobilə çırpılıb. Qəza Bakıxanov küçəsindən Tiflis prospekti istiqamətində hərəkət edən ?Mercedes? markalı avtomaşının qarşıda hərəkətdə olan ?KamAZ? markalı avtomaşına çırpılması nəticəsində minik maşınında olan bir sərnişin yüngül xəsarət alıb. ?KamAz? markalı maşın yanacaqdoldurma məntəqələrindən birinə məxsus olub və hadisə zamanı 17 ton benzin daşıyırmış. Qəza nəticəsində ?KamAz?ın çən hissəsindəki kranı zədələnib. Kranı bərpa etmək mümkün olmadığından, 17 ton benzin asfaltın üzərinə yayılıb. Yarana biləcək hər hansı bədbəxt hadisənin qarşısının qabaqcadan alınması üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilib və yola dağımış benzin yuyulub. Faktla bağlı araşdırmalar aparılır. İlkin araşdırmalar göstərir ki, qəza nəticəsində yanacaqdoldurma məntəqəsinə təxminən 10 min manata yaxın maddi ziyan dəyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA