AŞPA parlamentariləri Azərbaycana gəlib

img

01-09-2011 [01:38]


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquq məsələləri və insan hüquqları komitəsinin sədri Kristos Purqurides və komitənin üzvü Elza Papadimitriunun Azərbaycana səfəri başlayıb. Bu barədə ?İnterfaks-Azərbaycan? agentliyinə cümə axşamı Milli Məclisdən məlumat verilib. ?AŞPA-nın Hüquq məsələləri və insan hüquqları komitəsinin sədri Kristos Purqurides və komitənin üzvü Elza Papadimitrio Azərbaycanın Euronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun dəvəti ilə bu gün Azərbaycana gəliblər?, - deyə bildirilib. K.Purqurides və E.Papadimitriunun cümə axşamı ədliyyə naziri Fikrət Məmmədov, baş prokuror Zakir Qaralov, ədliyyə naziri yanında İctimai Komitənin üzvləri ilə görüşləri, istintaq təcridxanası və cəzaçəkmə müəssisələrinə baş çəkmələri planlaşdırılır. Bundan başqa, qonaqlar cümə günü Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovla görüşəcəklər. K.Purqurides və E.Papadimitriunun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbulu da gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA