21 yazlı oğul arvadına görə anasını bıçaqladı

img

25-08-2011 [12:27]


Xırdalan şəhərində dəhşətli hadisə yaşanıb. 1990-cı il təvəllüdlü Hüseynov Samir Namiq oğlu anası 1973-cü ildə anadan olmuş anası Hüseynova Sevda Ələddin qızını bıçaqlayıb. Oğul anasının böyrək nahiyəsinə bir neçə zərbə endirib. S.Hüseynova ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Məlumatda bildirilir ki, anasını bıçaqlayan oğul bir müddət əvvəl ailə həyatı qurub və 10 gün əvvəl onun övladı dünyaya gəlib. Həyat yoldaşı uşağı saxlamaq məsələsində təcrübəsiz olduğundan S.Hüseynov yoldaşını anası evinə göndərib. Lakin bir neçə gündən sonra gəlinlə qayınana arasında yemək məsələsi üstündə narazılıq düşüb. Bundan xəbər tutan 21 yaşlı S.Hüseynov özündən çıxıb və anasını bıçaqlayıb. Faktla əlaqədar cinayət işi açılıb, istintaq aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA