institut direktorunun 24 yazlı nəvəsi yol qəzasında öldü

img

23-08-2011 [11:18]


Avqustun 22-də saat 18:30 radələrində Rəşid Behbudov və Şəmsi Bədəlbəyli küçələrinin kəsişməsində ?Mercedes S Class? və ?Hyundai Sonata? markalı iki avtomobil toqquşub. Daha sonra isə ?Mercedes? yolun kənarında dayanmış ?VAZ 21015?ə çırpılıb. Nəticədə ?Hyundai? markalı avtomobilin sürücüsü , 1987-ci il təvəllüdü Nəbiyev Babək Sadiq oğlu hadisə yerində ölüb. Qəzanı törədən ?Mercedes S Class? isə alışmağa başlayıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib və yanan maşın söndürülüb. Qeyd edək ki, qəza əhalinin sıx olduğu və avtobus dayanacağı yerləşən ərazidə - Mərkəzi Bankın qarşısında baş verib. Qəza zamanı avtomobillər yolun kənarındakı piyadaların həyatına təhlükə yaratsa da, xoşbəxtlikdən xəsarət alan olmayıb. Məlumat üçün bildirək ki, həlak olan B.Nəbiyev Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat insitutunun direktoru Bəkir Nəbiyevin oğul nəvəsidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA