Səid Dadazbəyli prezident ilham Əliyevə növbəti müraciətini göndərib

img

04-08-2011 [04:52]


Dövlət çevrilişi ittihamı ilə 14 il azadlıqdan məhrum edilən Səid Dadaşbəyli prezident İlham Əliyevə növbəti müraciətini göndərib. Siyasi məhbus əvvəlki müraciətlərini xatırlayaraq bildirib ki, Bakı Ağır Cinayətlərə Dair Məhkəmənin hakimi Ənvər Seyidovun sədrliyi ilə keçirilən məhkəmənin hökm saxtadır: ?Hökmdə göstərilir ki, guya mən prezidentin səlahiyyətlərini 2006-cı ilin axırlarından 13 yanvar 2007-ci ilə qədər icra etmişəm. Bu həqiqət deyil. Hökmdə yazılanlar Ənvər Seyidovun fantaziyasıdır. Əgər 2006-cı ilin axırlarından 13 yanvar 2007-ci ilə qədər prezidentin səlahiyyətlərini icra etmişəmsə, bu zaman möhtərəm İlham Əliyev harada olub? Əgər mən həmin müddətdə prezidenti səlahiyyətlərini icra etmişəmsə, onda hansı kadr dəyişikliyi həyata keçirmişəm?! Göstərilən tarixdə prezidentin əmək haqqını almışammı? Bu növ sualların sayını artırmaq olar. Lakin Ənvər Seyidovun uydurma fantaziyası real həyatdan çox uzaqdır. CM-nin 218-ci maddəsi ilə bizə elan olunmuş cinayətkar birlik yaratmaq ittihamının üstünə gəlmək istərdim. Guya biz ?NİMA? - ?İmam Mehdinin Şimal Ordusu? adlı təşkilatı qeydiyyatdan keçirtmək və internet şəbəkəsində təşkilatın saytını yaratmaq istəmişik. Amma belə şey etməmişik. Sual olunur: qeydiyyatdan keçməyən, nizamnaməsi təsdiqlənməyən və təbliğat planı, maliyyə vəsaiti olmayan təşkilatın mövcudluğu barədə qərar qəbul edən Ənvər Seyidovun faktları nədən ibarətdir? ?NİMA? adlı cinayətkar birlik yaranıbsa, bu təşkilat hansı cinayətləri törədib? 2006-cı ilin axırları 13 yanvar 2007-ci il tarixdə prezidenti öz vəzifəsindən uzaqlaşdırmamışıqsa, onda ?NİMA? cinayətkar birlik kimi necə dövlət çevrilişi edə bilərdi? Buna görə də 278-ci maddə ilə bizə elan olunan ittihamın obyekti yoxdur?. O, yazır ki, əgər ?Bakı-Tbilisi- Ceyhan? (BTC) neft kəmərinin marşrut planının, Bakıdakı beynəlxalq təşkilatların, müxtəlif səfirliklərin, şirkətlərin ünvanları internet saytlarında, müxtəlif məlumat kitablarında mövcuddursa, bu barədə İranın ?Sepah? təşkilatına informasiya verməyə nə ehtiyac var? S.Dadaşbəyli qeyd edib ki, Neft və Qaz sərgisi keçirilərkən BTC kəməri barədə hər bir növ məlumat düz stendin üstünə vurulur və bu məlumat məxfi sayıla bilməz: ?BTC dünyanın bir neçə böyük şirkətin iştirakı ilə yaradılıb, orada BP, Statoil, Agip, Exxon, Chevron və s. şirkətlər öz payını qoyublar. Yəni bu beynəlxalq konsorsiumdur və Azərbaycanın məxfi məlumatlar siyahısına daxil deyil. Yaxud ittihamda yazılır ki, biz BTC barəsində məlumatlar toplamaq istəmişik, amma etməmişik. Yəni heç kim bu məlumatları toplamayıb. Nə istintaqda, nə də ki məhkəmədə bir dəlil-sübut yoxdur ki, bizlərə CM-nin 274 ?dövlətə xəyanət? maddəsini versinlər. Məntiqi sual yaranır, 15 nəfər gəncin həbs edilib cəzalandırılması kimə lazımdır, hansı səbəbdən hakim Ənvər Seyidov heç bir sağlam düşüncəyə sığmayan hökmə imza atır? Bu zaman CM və CPM ilə nizamlanmayan, söz yığımından ibarət hökm yuxarı məhkəmə instansiyaları da hakim Ə.Seyidovun qanunsuz əməllərinə hüquqi qiymət verməyiblər? Artıq beşinci ildir ki, mən bu suallara cavab axtarıram?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA