Əhməd Davudoğlu Bəzər Əsədlə 6 saatlıq görüz keçirdi

img

09-08-2011 [11:58]


Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun Suriya prezidenti Bəşər Əsəd ilə keçirdiyi görüş başa çatıb. Təxminən 6 saat davam edən görüşdə Bəşər Əsədin sözcüsü Buseyna Şaban və Suriya xarici işlər naziri Velid əl Müəllim də iştirak edib. Görüşdən sonra Əhməd Davudoğlu hər hansı açıqlama verməyib. Suriyanın SANA informasiya agentlyinin görüşlə bağlı yaydığı məlumata görə, Suriya prezidenti Bəşər Əsəd Türkiyə xarici işlər naziri ilə görüşdə bütün ölkə boyunca terrorçuları təqib etməyi davam etdirəcəklərini bildirib. ?Biz sabitliyi qorumaq üçün terrorçu qruplaşmaları təqib edəcəyik. Lakin biz həyata keçirdiyimiz islahatları başa çatdırmaq niyyətindəyik və bu istiqamətdə qardaş və dost ölkələrdən istənilən köməyi qəbul etməyə hazırıq?, - deyə Əsəd bildirib. SANA agentliyin digər məlumatına görə isə Türkiyə xarici siyasət idarəsinin başçısı Ankaranın qonşu Suriyada sabitlik və təhlükəsizliyin bərqərar olmasının tərəfdarı olduğunu bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA