Qəddafi qaçdı, 3 oğlu həbs olundu

img

22-08-2011 [11:24]


Bazar günü Liviya qiyamçıları prezident Müəmmər Qəddafinin son qalası olan paytaxt Tripoliyə daxil olublar. ?Reuters? agentliyinin verdiyi məlumata görə, hazırda şəhərin 95 faizi qiyamçıların əlindədir. Qiyamçılar müqavimətlə qarşılaşmayıblar. Liviya prezidentinin şəxsi təhlükəsizliyinə cavabdeh olan hərbi bölmə qiyamçılara təslim olub. ?Əl-Cəzirə? telekanalı Müəmmər Qəddafinin oğulları Seyf əl-İslamın və Məhəmməd Qəddafinin qiyamçılara əsir düşdüyü barədə xəbər yayıb. Liviya dövlət televiziyası qiyamçılar Tripoliyə daxil olmamışdan əvvəl Müəmmər Qəddafinin xalqa müraciətini yayıb. O, müraciətində son qanına qədər döyüşəcəyini bildirib, xalqı torpaqlarını və öz neftini qorumağa çağırıb. Hazırda Müəmmər Qəddafinin harada olduğu bilinmir. Onun Çad Respublikasına qaçdığı ehtimal olunur. Qeyd edək ki, ?Reuters? agentliyi Tripolinin müqavimətsiz ələ keçdiyi barədə xəbər yaysa da, ?Associated Press? agentliyi fərqli məlumat yazıb. Agentliyin məlumatına görə, Tripoliyə hücum zamanı 1300 nəfər öldürülüb, 5 mindən çox insan yaralanıb. Avqustun 21-dən 22-ə keçən gecə Liviya Dövlət Televiziyası ilə çıxış edən Liviya hökumətinin təmsilçisi Mussa İbrahim təcili qiyamçılarla danışıqlara hazır olduqlarını bəyan edib və NATO rəhbərliyindən xahiş edib ki, qiyamçıları Tripoliyə hücumu dayandırmağın zəruri olduğuna inandırsınlar...

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA