Azərbaycanla Türkiyə arasında qaz danızıqları bərpa olunur

img

08-08-2011 [06:00]


Azərbaycanla Türkiyə arasında qaz danışıqlarının növbəti mərhələsi bu ayın sonunda başlanacaq. Danışıqlarda ?Şahdəniz? perspektiv yatağının işlənməsi layihəsinin tərəfdaşları arasında hasil olunan qazın nəqli ilə bağlı məsələlər müzakirə olunacaq. Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib ki, Türkiyənin baş naziri Rəcəp Tayyip Ərdoğanın Bakıya səfərindən dərhal sonra Azərbaycanla Türkiyə arasında qazın nəqli ilə bağlı danışıqlar bərpa olunub. ?Türkiyənin BOTAŞ şirkəti ilə ?Şahdəniz? perspektiv yatağının tərəfdaşlarının görüşü keçirilib. Tərəflərin danışıqları 3 gün davam edib. Danışıqların ikinci mərhələsinə avqustun 26-da start veriləcək. Hesab edirəm ki, biz sənədlərin böyük paketini nəzərdən keçirməliyik, çünki bır sıra müzakirə ediləsi məsələlər var?,- deyə ARDNŞ rəhbəri Rövnəq Abdullayev əlavə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA