Millət vəkili Bəxtiyar Əliyevlə eks-deputat Xəlilbəy Günəzovla bağlı zok suçlama

img

08-08-2011 [05:05]


Qaradağda ?Gülbaxt? Karxanasında baş verən hadisələr uzun müddət mətbuatın gündəmindən düşmədi. YAP-çı iş adamının bıçaqlanması, rayonun hüquq-mühafizə orqanlarının məsələdə tərəf rolunu oynamaları ilə bağlı xəbərlər mətbuatın diqqətinin bu əraziyə yönəltdi. Rəsmilərin susduğu, şikayətçi sayının günü-gündən artması burada ciddi problem olduğunu göstərirdi. Bir qrup xuliqanın meydanda at oynadığı bir vaxtda rayonda insanların təhlükəsizliyinə çavabdeh olan qurumların Rəsul Quliyevin qohumlarının da içində olduğu mütəşəkkil dəstəyə şərait yaratması şübhələri artırdı. Akif Məmmədovla yanaşı Qarabağ qazilərinə məxsus ticarət obyektlərinin də problem yaradılması, əslən Yardımlıdan olan Zahid adlı iş adamının da obyektinin əlindən alınması ?yuxarılar?dan dəstək alan bir qrupun özbaşınalıqda hədd tanımadığını ortaya qoyurdu. Bəs Qaradağda nə baş verir? ?Gülbaxt? Daş Karxanası ilə bağlı araşdırmalarımız zamanı bəlli oldu ki, bu ərazidə qarşıdurmanın baş verməsinin, ?reketlər?in iş adamlarına gün-işıq verməməsinin arxasında ciddi nüanslar yatır. Məsələ burasındadır ki, bu karxananın həqiqi müqaviləsi olsa da, saxta sənədlərlə karxana 10-dan çox iş adamına satılıb. İş adamlarından toplam 3 milyon manat pul toplayan Cavanşir adlı şəxs əslində qalmaqalın təməlini qoyub. Fırıldaqçılıqla ayrı-ayrı iş adamlarına eyni ərazini (saxta sənədlərlə) satan Cavanşir Qaradağda qan tökülməsinə yol açan qarşıdurmaların da əsas səbəbkarıdır. Cavanşiri kim müdafiə edir? Maraqlıdır ki, belə bir cinayət əməlinə imza atan şəxs Qaradağda əlini-qolunu sallayaraq gəzir, istədiyi vaxt dövlət qurumlarına girib-çıxır, ?iş həll edir?. Bu isə ?Gülbaxt? skandalının arxasında daha böyük qüvvələrin olduğunu ortaya qoyur. Kimdir bu 3 milyonluq skandalın ?xaç atası?? ?Gülbaxt? skandalının qurbanları bildirirlər ki, Cavanşir onları bir deputatla eks-deputatın adı ilə hədələyir. Cavanşir ?mən bu pulu onlara vermişəm, adamınız varsa gedin onlardan alın? deyir. Eks-deputat dedikdə, ağıla ilk gələn Hüseyn Abdullayev olsa da, Cavanşir arxasında dayananın qusarlı sabiq deputat Xəlilbəy Günəşov olduğunu açıqlayır. Xəlilbəy Günəşov kimdir? Milliyyətcə ləzgi olan Günəşov Xəlilbəy Günəş oğlu 1957-ci ildə Bakı şəhərində anadan olmuşdur. Əslən Qusar rayonunun Yuxarı Tahircal kəndindəndir. Bakıda orta məktəbi bitirib, 1974-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnsititutuna daxil olmuş, 1979-cu ildə oranı başa vurub inşaatçı-texnoloq ixtisasına yiyələnmişdir. 2004-cü ildən Bakı Tikinti və Şəhərin İnkişafı Şirkətinin direktorudur. Günəşov Xəlilbəy Bakıda bir sıra çoxmərtəbəli binaların, orta məktəblərin və uşaq bağçalarının tikintisinə rəhbərlik etmişdir. Bibiheybət məscidi, Şəhidlər xiyabanındakı ?Əbədi məşəl? abidəsi, Biləcəridəki atıcılıq kompleksi və başqa obyektlər onun bilavasitə rəhbərliyi ilə inşa olunmuşdur. Tərcümeyi halından da göründüyü kimi Xəlilbəy Günəşov tikinti ilə bilavasitə məşğul olan şirkətin rəhbəridir və onun bu məsələdə adının hallanmasının inandırıcılığını artırır. İkinci ?arxa? Cavanşirin şok açıqlaması isə deputat Bəxtiyar Əliyevlə bağlıdır. BDU-nin psixologiya kafedrasının müdiri, Milli Məclisin bitərəf deputatı olan B.Əliyevin adı bundan öncə biznes əlaqələrində hallanmasa da, Cavanşir Günəşovun bu məsələdə Bəxtiyar Əliyevlə birlikdə hərəkət etdiyini bildirir. Ayrı-ayrılıqda 300 min manat pul verən iş adamları Cavanşirdən pulunu tələb edəndə, ?gedin Milli Məclisə, Bəxtiyar Əliyevdən istəyin? söyləyir. Məsələ burasındadır ki, ?Gülbaxt? daş iş adamından külli-miqdarda pul tələb etdiyi üçün həbs olunanların başçısı Əlövsət Orucov Bəxtiyar Əliyevlə həmyerlidir. Əlövsət Orucovun dəstə üzvləri arasında eks-spiker Rəsul Quliyevin qohumları ilə yanaşı əvvəllər də məhkum edilmiş Əlizamin Niyazov da yer almaqdadır. Başqa bir maraqlı nüans Cavanşir Əlövsət Orucovla yaxın qohumdur. Eyni zamanda Cavanşir Bəxtiyar Əliyevlə də yaxın qohum olduğunu bildirir. Məsələyə münasibətini öyrənmək üçün deputat Bəxtiyar Əliyevin Milli Məclisdəki otağına və BDU-nun psixologiya kafedrasına zəng etsək də, telefonu götürən olmadı. Mövzuya qayıdacağıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA