Qəddafinin daha bir oğlu öldürülüb

img

05-08-2011 [03:35]


NATO-nun Liviyada təşkil etdiyi bombardmanda Liviya lideri Müəmmər Qəddafinin oğullarından birinin öldüyü bildirilir. Müxliflərin sözçüsü Məhəmməd Zəvavi NATO təyyarələrinin paytaxt Tripolidən 150 km şərqdəki Ziliten bölgəsində gerçəkləşdirdiyi bombardmanda Liviya liderinin oğlu Hamis Qəddafinin öldüyünü ifadə deyib. Zəvavi bu məlumatın Müəmmar Qəddafinin əmrinə keçə bilən casuslardan alındığını söyləyib. O, həmçinin qeyd edib ki, bombardmanda Hamis Qəddafi ilə yanaşı, 31 adam da ölüb. Liviya dövlət televiziyası da NATO təyyarələrininin dünən paytaxt Tripolinin Cənub-şərqində yerləşən hərbi və mülki hədəfləri bombaladığını bildirib. Qeyd edək ki, NATO qüvvələrinin aprel ayının sonunda təşkil etdiyi hava hücumunda Qəddafinin kişik oğlu Seyful Ərəb Qəddafi ilə 3 nəvəsi ölmüşdü.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA