Fransa prezidenti Azərbaycana gəlir

img

04-08-2011 [05:18]


Fransa prezidenti Nikolya Sarkozi cari ilin oktyabr ayında Cənubi Qafqaz regionuna səfər edəcək. Səfər çərçivəsində o Azərbaycanda da olacaq. Məlumata görə, Fransa prezidenti ilk olaraq Gürcüstan, daha sonra Ermənistan və sonda Azərbaycanı ziyarət edəcək. Fransanın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olduğunu nəzərə alsaq Nikola Sarkozinin Azərbaycan və Ermənistanda bir sıra məsələlərlə yanaşı Dağlıq Qarabağ münaqişəsini də müzakirə edəcəyini ehtimal etmək olar. Qeyd edək ki, hazırda rəsmi səfərə hazırlıq işləri gedir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA