Sabir Rüstəmxanlı ABŞ səfirliyinin katibilə görüzdü

img

03-08-2011 [03:19]


Bu gün saat 11:00-da Vətəndaş Həmrəyliyi Partiyasının mərkəzi qərargahında Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin ikinci katibi Rayan T.Kembel VHP sədri Sabir Rüstəmxanlı və Azəri-Türk Qadınlar Birliyinin rəhbəri Tənzilə Rüstəmxanlı ilə görüş keçirib. VHP Mətbuat və informasiya xidmətindən MİA-ya bildirilib ki, görüşdə əsasən bölgədəki vəziyyət, Azərbaycanın öz qonşuları - Rusiya, İran, Gürcüstan, xüsusilə Türkiyə ilə münasibətləri, iqtisadi-siyasi və mədəni-mənəvi əlaqələri müzakirə olunub. Türkiyədə baş verən son proseslər, ordu komandanlarının istefası və bu istefaya Azərbaycan ictimai fikrinin reaksiyası görüşün əsas danışıq mövzusunu təşkil edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA