Bakıda güclü partlayız baz verib:ölənlər var

img

03-08-2011 [12:40]


Bakıda partlayış baş verib. Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, hadisə səhər saat 11:30 radələrində Nərimanov rayonu, Ağa Nemətulla küçəsində baş verib. Partlayışın ərazidə fəaliyyət göstərən kolbasa sexində qeydə alınıb. Hadisə yerinə 3 yanğınsöndürən maşın yollanıb. Hadisənin nə səbəbdən baş verdiyi barədə hələlik məlumat verilməyib. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidovun ANS PRESS-ə verdiyi məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb. Qeyd edək ki, hadisə şahidlərinin sözlərinə görə, partlayışa səbəb qaz sızması olub. Partlayış dalğası yaxın 1 km ərazidə yerləşən binalarda da hiss edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA