Mütəllibovun nəvəsi barədə cinayət izi açılıb

img

12-09-2011 [12:41]


Bakıda eks-prezident Ayaz Mütəllibovun 19 yaşlı nəvəsinin törətdiyi qəza ilə bağlı cinayət işi başlanıb. Sabunçu rayon prokurorluğundan verilən məlumata görə, rayon polis idarəsində Cinayət Məcəlləsinin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda (263.3-cü) maddəsi ilə cinayət işi başlanıb. Sentyabrın 8-də saat 12:30 radələrində Mərdəkan istiqamətində hərəkət edən 1992-ci il təvəllüdlü Mədinə Mütəllibova idarə etdiyi "Lexus" markalı avtomobillə Bakı şəhər sakinləri 1948-ci il təvəllüdlü Məhərrəm Hüseynov, həyat yoldaşı 1954-cü il təvəllüdlü Solmaz Hüseynova və nəvəsi, 2007-ci il təvəllüdlü Nihad Hüseynovu vurub. Hadisə zamanı baba və nəvə həlak olub, Hüseynova isə ağır vəziyyətdə 3 saylı şəhər Klinik Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Prokurorluqdan trendə bildirilib ki, Mütəllibova barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilib. Cinayət Məcəlləsinin 263.3-cü maddəsində qeyd olunan cinayətə görə, beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Qeyd edək ki, yol qəzasını törədən Mədinə Mütəllibova eks-prezident Ayaz Mütəllibovun kiçik oğlu Zaur Mütəllibovun qızıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA