ABŞ "Dağlıq Qarabağ"a yardımı dayandırdı

img

29-07-2011 [03:01]


ABŞ Konqresinin Nümayəndələr Palatası bu il separatçı Dağlıq Qarabağ rejiminə humanitar yardım göstərməyəcək. Erməni mətbuatında yazılanlara görə, Nümayəndələr palatasinin Xarici Maliyyə Yardımı üzrə Alt Komitəsinin bu qərarı Konqresdə çalışan Azərbaycan və türk diasporasının aktiv fəaliyyətinin nəticəsidir. Qeyd edək ki, bu qanun layihəsinin əhatə etdiyi ümumi xərclər Birləşmiş Ştatların federal xərclərinin bir faizini təşkil edir. Xatırladaq ki, 1998-ci ildən göstərilən yardım separatçı rejimin humanitar ehtiyaclarına ünvanlanırdı. Onu da qeyd edək ki, bu ilədək konqres tərəfindən hər il Dağlıq Qarabağa 10 milyon dollar humanitar yardım ayrılırdı. Bu da öz növbəsındə rəsmı Bakının etırazlarına səbəb olurdu. Azərbaycan dəfələrlə ABŞ Konqresinə müracıət edərək bırbaşa maliyyə yardımını dayandırmağa çağırmışdı. Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov məsələ ilə bağlı son qərar veriləndən sonra açıqlama veriləcəyini bildirdi. Xatırladaq kı, Konqresin prosedurlarına əsasən Alt Komitənin təsdiqlədiyi layihəyə Xarici Pul Vəsaitlərinə dair Komitə avqustun 3-də baxacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA