Avropa Məhkəməsində Azərbaycandan 2500-dən artıq zikayət var

img

25-07-2011 [03:40]


Bu il Azərbaycanla Avropa Məhkəməsi arasında 9 şikayət üzrə kommunikasiya başlanılıb. Bunu jurnalistlərə Avropa İnsan Hüquqları Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov deyib: ?Kommunikasiya başlanılan işlər Avropa Konvensiyasının 5-ci (toxunulmazlıq və azadlıq hüququ) və 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddələrinin pozuntuları ilə bağlıdır. Hazırda Azərbaycan və Avropa Məhkəməsi arasında 120-yə yaxın iş üzrə kommunikasiya aparılır. Həmin işlər Avropa Məhkəməsinin icraatındadır?. Ç.Əsgərov deyib ki, indiyə qədər Azərbaycana qarşı Avropa Məhkəməsi tərəfindən 41 şikayət üzrə qərar qəbul olunub. 35 işə isə baxılaraq rədd edilib. Ç.Əsgərov qeyd edib ki, hazırda Avropa Məhkəməsində Azərbaycandan 2500-dən artıq şikayət var.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA