1364 yol qəzası 433 nəfərin həyatına son qoyub

img

19-07-2011 [02:04]


Bu ilin 6 ayı ərzində ölkə ərazisində 1364 yol qəzası baş verib. Qəzalar nəticəsində 433 nəfər ölüb, 1465 nəfər yaralanıb. Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) mətbuat xidmətindən verilən məlumata görə, BDYPİ bu il ərzində baş verən yol qəzalarında ölən və yaralananlarla bağlı statistikanı açıqlayıb. Hesabatda ötən ilin müvafiq dövrü ilə müqayisədə, yol qəzalarının sayının 204 (17,6%), həlak olanların sayının 36 nəfər (9,1%), yaralananların sayı isə 282 nəfər (23,8%) artdığı göstərilir. Baş verən yol qəzalarının 711-i Bakı şəhəri ərazisində qeydə alınıb. Paytaxtda baş verən qəza nəticəsində 169 nəfər ölüb, 774 nəfər xəsarət alıb. 2010-cu ilin 6 ayı ilə müqayisədə yol qəzalarının, həlak olanların və yaralananların sayı uyğun olaraq 214 (43,1%), 7 (4,3%) və 313 (67,9%) nəfər artıb. Respublika üzrə qeydə alınan yol qəzalarının 92,6 faizi (1265) sürücülərin Yol Hərəkəti Qaydalarını pozmaları, o cümlədən 44,4 faizi (607) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 23,1 faizi (315) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 8 faizi (113) yol ayrıclarını keçmə qaydalarının pozulması, 2,7 faizi (37) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib. Baş verən yol qəzalarının 40,3 faizini (550) piyadaların vurulması təşkil edib. Nəticədə 167 piyada həlak olub, 410-u yaralanıb. Respublika üzrə qeydə alınmış yol qəzaları nəticəsində 37 nəfər uşaq və yeniyetmə həlak olub, 105 nəfər yaralanıb. Yol qəzasında 24 nəfər piyada ölüb, 62 nəfər piyada yaralanıb. Qeyd edək ki, 2011-ci ilin 6 ayı ərzində respublika ərazisində 13 nəfərin həlak olması və 68 nəfərin yaralanması ilə nəticələnən 79 yol nəqliyyat hadisəsi bağlı qalıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA