Norveçdə qətliam: 90-dan çox ölü

img

23-07-2011 [01:29]


Ötən gün Norveç vətəndaşları paytaxt Osloda hökumət binasının yaxınlığında baş vermiş güclü partlayışın şokundan ayılmamış əynində polis forması olan naməlum şəxs ölkənin hakim işçi partiyasının Oslo yaxınlığındakı Utoya adasında yerləşən gənclər təşkilatının düşərgəsindəki insanları atəşə tutub. Düşərgədə 600 nəfər insan olub. Nəticədə 90 nəfər ölüb, onlarla insan isə xəsarət alıb. Ölənlərin sayının arta biləcəyi istisna olunmur. Norveç polisi Utoyadakı hücumu həyata keçirən şəxsin şəxsiyyətini müəyyən edə bilib. Həmin şəxs 32 yaşlı Norveç vətəndaşıdır. Əməliyyat tədbirləri nəticəsində şübhəli polis tərəfindən saxlanılıb. Yerli kütləvi informasiya vasitələri düşərgədəki hücumu həyata keçirən şəxsin sağçı ekstremistlərlə bağlılığını iddia edir. Hüquq-mühafizə orqanlarının nümayəndələrinin sözlərinə görə, həmin şəxsin əlamətləri ilə partlayış baş verən ana qədər Osloda hökumət binasının yerləşdiyi kvartalda olmuş şübhəli ?polis?in əlamətləri uyğun gəlir və hal-hazırda baş vermiş hadisələrlə bağlı əsas şübhəli hesab olunur. Adada axtarış zamanı partlalamış bomba aşkar edilib. Təhlükəsizlik Şurasının təcili iclasında Baş nazir Yens Stoltenberq vəziyyətin ciddi olduğunu bildirib. Bu gün hökumət başçısı Utoya adasına baş çəkəcək. Təşkil etdiyi mətbuat konfransında Baş nazir baş vermiş hadisələrə cavab olaraq ölkədə "daha çox demokratiya" olacağına söz verib. "Bu gün Norveç iki qanlı və alçaq hücuma məruz qalıb. Biz bu hücumların arxasında kimlərin dudduğunu bilmirik. Günahsız insanlar ölüb. Bunu kim edir etsin, bilsin ki, siz bizi məhv edə bilməyəcəksiniz. Siz bizim demokratiya və idealarımızı məhv edə bilməyəcəksiniz. Biz əlimizdən gələni edəcəyik və bu hücumların arxasında kimlərin durduğunu öyrəcənəyik?-deyə o, bildirib. Birləşmiş Ştatlar prezidenti Barak Obama isə Norveçdə baş vermiş insidentlərlə əlaqədar Norveç xalqına başsağlığı verib. ABŞ prezidenti həmçinin bütün olanların araşdırılması istiqamətində ABŞ-ın Osloya yardım göstərməyə hazır olduğunu da bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA