Araz Əzimov: ?Azərbaycan Ermənistanda Rusiya hərbçilərinin olmasından narahatdır?

img

19-07-2011 [12:45]


?Azərbaycan Ermənistanda Rusiya hərbçilərinin olmasından narahatdır?. Bu sözləri ?Exo Moskvı? radiosuna müsahibəsində Azərbaycan xarici işlər nazirinin müavini, prezidentin Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə şəxsi nümayəndəsi Araz Əzimov deyib. Onun fikrincə, Rusiya Cənubi Qafqazda militarist yanaşmadan iqtisadi yanaşma konsepsiyasına keçməlidir. ?Təəssüf ki, Rusiya Ermənistanda silahlı qüvvə saxlamağı önəmli sayır. Biz Cənubi Qafqazda bu cür militarist mövcudiyyətə getdikcə daha az əsas olduğunu görürük. Tankları tankerlərlə dəyişməyin, hərbi formanı iqtisadi mövcudiyyətlə əvəzləməyin vaxtı çatıb?. XİN müavini bildirib ki, Ermənistanı danışıqlar prosesindəki konstruktiv təklifləri qəbul etməyə inandırmaq Rusiyanın öz marağındadır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA