Bakıda 16 yazlı oğlan əmisini qətlə yetirib

img

18-07-2011 [11:00]


Azərbaycan paytaxtında qətl törədilib. Bu barədə Binəqədi Rayon Polis İdarəsindən bildirilib. Hadisə ötən gecə rayonun Rəsulzadə qəsəbəsi, Bəhlulzadə küçəsi, keçid 1, ev 1-də qeydə alınıb. Həmin ünvanda yaşayan, 1995-ci il təvəllüdlü Elvin Sarıyev mübahisə zəminində əmisi, 1968-ci il təvəllüdlü Rizvan Sarıyevi ürəyindən bıçaqlayıb. R.Sarıyev aldığı bıçaq xəsarətindən yerindəcə dünyasını dəyişib. Hadisəni törədən E. Sarıyev hadisə yerindən qaçıb. Hadisəni törədən E. Sarıyevin ailə üzvlərinin istintaqa verdiyi ifadəyə görə, mərhum R. Sarıyev iki ay əvvəl həbsdən çıxıb. Qardaşı ilə yeyib içəndən sonra atasını təhqir etdiyini görən E. Sarıyev əmisini vurub. Baş vermiş hadisə ilə bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb. Hazırda polis hadisəni törədən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA