Bakıda 60 yazlı kizi qətlə yetirildi

img

07-07-2011 [10:27]


Bakının Sabunçu rayonundakı Ramana qəsəbəsində qətl hadisəsi baş verib. Qəsəbədəki dəmir yolu stansiyasının inzibati binasında 59 yaşlı Novruz Məhəmməd oğlu Mehdiyev qətlə yetirilib. İlkin məlumata görə, naməlum şəxs və ya şəxslər Novruz Mehdiyevin boğaz nahiyəsinə 6 bıçaq zərbəsi vurub. Hadisə barədə ilk xəbər tutan qətlə yetirilənin yoldaşı Həqiqət Mehdiyeva olub. ?Bir də gördüm qaça-qaça gəlirlər ki, yoldaşın bıçaqlanıb. Tez gəldim. Amma məni buraxmadılar?, - Həqiqət Mehdiyeva deyib. Sonra isə hadisə barədə mərhumun digər qohumlarına məlumat verilib. Mərhumun bacısı Nazilə Mehdiyevanın sözlərinə görə, Novruz Mehdiyevin oğlu hərbi xidmətdən 3-4 gün əvvəl qayıdıbmış: ?Oğlu bizdəydi. Dedi ki, atama zəng edirəm, amma zəng çatmır. Dedim get maraqlan, mənə də xəbər ver. Zəng elədi ki, atamı bıçaqlayıblar?. Qətlə yetirilən Novruz Mehdiyev dəmir yolu stansiyası və ora yaxın ərazilərdən metal tullantıları toplayıb satmaqla ailəsini dolandırırmış. Elə hadisə də onun stansiyada metal tullantıları saxlamaq üçün anbar kimi istifadə otaqlardan birində baş verib. Mərhumun qohumlarının sözlərinə görə, Novruz Mehdiyev günorta saatlarında qətlə yetirilsə də, ekspertlər əraziyə axşam saatlarında gəliblər. Meyt daxili müayinədən keçirilimək üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Sabunçu rayon şöbəsinə apaoılıb. İşi araşdıran Sabunçu rayon prokurorluğunun müstəntiqi Rəcəb Məmmədovun ANS telekanalına verdiyi məlumata görə faktla bağlı Cnayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Novruz Mehdiyevin qatilinin və ya qatillərinin tapılaraq cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA