Səbaildə Rumıniyanın ALDP nümayəndələri ilə görüz olub

img

15-07-2011 [05:11]


Səbail rayon İcra Hakimiyyətində Yeni Azərbaycan Partiyasının dəvəti ilə respublikamızda səfərdə olan Buxarest şəhərinin II sektorunun meri Nikolai Ontsanunun başçılığı ilə Rumıniyanın hakim Demokrat Liberal Partiyasının üzvlərindən ibarət nümayəndə heyəti qəbul edilib. Rumıniyanın ictimai-siyasi və mədəniyyət xadimlərinin daxil olduğu nümayəndə heyətini salamlayan Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov qeyd etdi ki, Rumıniyalı qonaqlar artıq 3-cü dəfədir ki, Səbail rayonuna qonaq gəlirlər. 2006-cı ildə Buxarest şəhərinin II sektorunun meri Nikolai Ontsanu Səbail rayonunun Fəxri vətəndaşı seçilmiş, Səbail rayonu ilə Buxarestin II sektoru arasında qardaşlaşma protokolu imzalanmış, ona görə də onlar qonaq deyil, öz doğma evlərinə gəlmişlər. Bizim üçün çox sevindirici haldır ki, məhz Buxarest şəhəri II sektorunun meriyasının 27 iyun 2006-cı il tarixli qərarına əsasən Buxarestdəki ?Tey? parkına Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı verilmiş, burada onun büstü ucaldılmışdır. Asif Əsgərov qonaqların 2 il əvvəlki gəlişindən sonra rayonda aparılan genişmiqyaslı quruculuq-abadlıq işləri barədə ətraflı məlumat vermişdir. Qeyd olunmuşdur ki, rayonun sahəsi 29 kv. kilometr, əhalisinin sayı 93134 nəfər, burada məskunlaşmış məcburi köçkünlərin sayı 9140 nəfərdir. Səbaildə 2 ərazi nümayəndəliyi, 3 bələdiyyə fəaliyyət göstərir. Dünya mədəniyyət inciləri siyahısına salınmış 12-ci əsr tarixi-mədəniyyət abidəsi ? Qız qalası Səbail rayonunun rəmzidir. Rayonda 5 ali, 2 orta ixtisas, 1 peşə məktəbi, 17 orta təhsil və 17 məktəbəqədər tərbiyə müəssisəsi, 3 uşaq yaradıcılıq mərkəzi, 3 uşaq-gənclər idman məktəbi, 4 musiqi məktəbi, 21 səhiyyə müəsisəsi, 12 teatr, 2 kinoteatr, 5 kitabxana, 15 muzey, 5 mədəniyyət evi, 12 park və bağ yerləşir. Son müddət ərzində rayondakı bütün teatr, müzey və mədəniyyət evləri, parklar dövlət tərəfindən əsaslı təmir olunmuşdur. Rayonda bir sıra dövlət və qeyri-dövlət müəssisələri, o cümlədən xarici şirkətlər fəaliyyət göstərir. Hazırda Dövlət Bayrağı Meydanından şəhərin mərkəzi istiqamətində yeni yol çəkilişi davam edir. Bu il Azərbaycan öz dövlət müstəqilliyinin bərpasının 20 illiyini qeyd edir. Bir qədər əvvəl ölkə başçısı cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin I yarısının yekunları ilə bağlı geniş müşavirə keçirilmiş, əldə olunmuş nailiyyətlər müzakirə olunmuşdur. Qeyri-neft sektorunda artım hamını sevindirir. Ölkəmiz neftdən gələn gəlirlər hesabına digər sahələrin də inkişafına çalışır. Əhsil və səhiyyə müəssisələri, digər sosial obyektlər təmir olunur, yeniləri istifadəyə verilir. Bu il elan olunmuş ?Turizm ili? çərçivəsində Bakı şəhərində inşa olunan 6 beş ulduzlu otellərin də məhz 4-ü Səbail rayonunun ərazisindədir. Azərbaycandakı bu uğurlar, bu inkişaf ulu öndər Heydər Əliyevin böyük əmək və fəaliyyətinin nəticəsidir və bu gün onun siyasi kursunun layiqli layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qazanılan uğurları inkişaf etdirir və Azərbaycana yeni-yeni nailiyyətlərə doğru inamla aparır. Buxarest şəhərinin II sektorunun meri Nikolai Ontsanu yüksək səviyyədə qarşılanmaya görə Səbail rayon İcra Hakimiyyətinin Başçısına öz minnətdarlığını bildirdi. O, qeyd etdi ki, nümayəndə heyətinə Rumıniyanın tanınmış elm və mədəniyyət xadimləri, ziyalıları daxildir. Onlar respublikada böyük msbət dəyişikliklərin getdiyini öz gözləri ilə görmüşlər. Bakı şəhəri və eləcə də respublikanın bəzi rayonları ilə tanışlıq onları əmin etdi ki, Azərbaycan rəhbərliyi oz ölkələrinin tarixi, mədəniyyətinə necə diqqət və qayğı göstərirlər. Məktəblər, xəstəxanalar, muzeylər, kitabxanalar təmir edilir, yenidən qurulur, yeniləri tikilir. Dünyanın başqa dövlətlərində bunu görmək olmaz. Bakıda olarkən burada keçirilən təntənəli tədbirlərin iştirakçısı olduq, televiziya vasitəsi ilə izlədik. Biz xalqınızın dahi insan Heydər Əliyevə olan məhəbbətinin canlı şahidi olduq. Bakı şəhərindəki, respublikadakı dəyişikliklər ölkə rəhbərliyinin müsbət fəaliyyətindən xəbər verir. Azərbaycanın tərəqqisində cənab İlham Əliyevin çox böyük rolu vardır. Bu bir dost ölkə, dost xalq kimi bizi çox sevindirir və gələcək işlərinizdə Sizə uğurlar arzulayırıq. Tədbirin sonunda Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov nümayəndə heyətinə xatirə hədiyyələri təqdim etdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 06.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA