Binə ticarət mərkəzinə silahlı basqın, ölən var

img

14-07-2011 [10:57]


Bu gün təqribən saat 09:30 radələrində Bakı şəhəri Qaradağ rayonunda yerləşən Binə ticarət mərkəzində valyuta dəyişmə məntəqəsinə silahlı basqın olub. Hadisə şahidlərinin verdiyi məlumata görə, naməlum şəxslər atəş açaraq məntəqinin bir işçisini qətlə yetiriblər. Şahidlərin sözlərinə görə, güllə onun alın nahiyəsinə dəyib. Məlumata görə, məntəqənin digər işçisi isə qaçaraq silahlı şəxslərdən yayına bilib. Şahidlər bildirdi ki, məntəqədən pul da aparılıb. Qaradağ rayon Polis İdarəsindən ANS PRESS-ə bildirildi ki, "102" xidmətinə belə bir məlumat daxil olub. Hazırda hadisə yerinə polislər yollanıb. Qaradağ rayon Prokurorluğundan da ANS PRESS-ə fakt təsdiqləndi və bildirildi ki, hazırda hadisə yerinə müstəntiqləri yollanıb. Araşdırma aparılır. Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, hadisəni törədən şəxslər iki nəfər olub. Onlar ?Makarov? tipli tapança ilə valyuta dəyişmə məntəqəsində işləyənlərə atəş açıblar. Nəticədə məntəqnin iki işçisindən biri yaralanıb. O, xəstəxanaya aparılarkən yolda keçinib. Hazırda əməliyyat-istintaq qurupu ərazidə araşdırmalarını davam etdirir. Məntəqədən pul aparılıb-aparılmadığı hələlik dəqiqləşməyib. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından ANS PRESS-ə verilən məlumata görə, yaralı Naxçıvan şəhər sakini 25 yaşlı Əli Əliyev qarın nahiyəsindən aldığı güllə yarası nəticəsində xəstəxanaya aparılarkən yolda keçinib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA