Məhkəmə Əhməd Əhmədzadə ilə bağlı izə baxdı

img

26-07-2011 [11:09]


İyulun 25-də 1 saylı Bakı İnzibatı İqtisad Məhkəməsində hakim Şərafət Məmmədovanın sədrliyi ilə ?Kür? Vətəndaş Cəmiyyəti Qərargahının Əhməd Əhmədzadənin sədri olduğu Meliorasiya və Su Təsərrüfatı ASC-ə qarşı məhkəmə prosesi keçirilib. Bu barədə MİA-ya ?Kür? Vətəndaş Cəmiyyəti Qərargahından bildirilib. Xatırladaq ki, bir müddət öncə ?Kür? Vətəndaş Cəmiyyəti Qərargahı 2010- cu ilin yazında baş vermiş daşqınların səbəblərini araşdırmaq məqsədi ilə son illər ölkədə su təsərrüfatı sisteminin idarə olunması, bəndvurma və sahil bərkitmə işlərinin həyata keçirilməsi, Kür- Araz çaylarının lildən təmizlənməsi və s. istiqamətdə ayrılan vəsaitlər və görülən işlər barədə sözü gedən quruma müraciət edərək məlumat istəmişdi. Meliorasiya və Su Təsərrüfatı ASC-nin verdiyi cavabı natamam və qeyri-qənaətbəxş qiymətləndirən ?Kür? Qərargahı bununla bağlı məhkəməyə müraciət edib. Məhkəmə prosesində Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndələri və ?Kür? Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev iştirak edib. Prosesin 29 iyula kimi təxirə salınması barədə qərar qəbul edən hakim işin mahiyyəti üzrə baxılması əvəzinə prosedur qaydaları əsas gətirərək iddiaçı tərəfdən növbəti məhkəməyə ?Kür? Vətəndaş Cəmiyyəti Qərargahının Əsasnaməsini təqdim etməyi tələb edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA