Həmsədrlər sabah Bakıya gələcəklər

img

13-07-2011 [04:35]


ATƏT-in Minsk Qrupunun həmsədrləri iyulun 14-də Azərbaycana gələcəklər. Həmsədrlərin Azərbaycan Prezidenti ilham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcəkləri gözlənilir. Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi müzakirə olunacaq. Həmsədrlər Bakıdan İrəvana, oradan isə Xankəndinə gedəcəklər. Xatırladaq ki, Rusiya prezidenti Dmitri Medvedev Kazan görüşündən sonra münaqişənin həllinə dair yazılı təkliflərini xarici işlər naziri Sergey Lavrov vasitəsilə tərəflərə göndərib. Azərbaycanın xarici işlər naziri iyulun 17-də Rusiyaya səfər edərək həll prosesindəki son durumu müzakirə edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 06.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA